"Bornmut" klubunun baş məşqçisi Andoni İraola komandanın aparıcı futbolçularından Antuan Semenyonun mümkün gedişi ilə bağlı açıqlama verib.
QOL.az xəbər verir ki, jurnalist Ben Ceykobs ispaniyalı mütəxəssisin fikirlərini “X” sosial şəbəkəsində paylaşıb.
Məlumata görə, İraola yanvarın 7-də Premyer Liqanın 21-ci turu çərçivəsində "Tottenhem"lə keçiriləcək qarşılaşmanın 25 yaşlı hücumçu üçün klubdakı son oyun ola biləcəyini istisna etməyib. O, bu barədə deyib:
“Düşünürəm ki, bu, onun son oyunu ola bilər. Sabah və ya növbəti 2-3 gün ərzində nə baş verəcəyini bilmirəm. Amma fikrimcə, bu, onun son matçı ola bilər. Bu mənim şəxsi düşüncəmdir, hələlik heç nə razılaşdırılmayıb və imzalanmayıb”.
Qeyd edək ki, daha öncə “Mançester Siti”nin Semenyonu transfer etməyə hazırlaşdığı barədə xəbərlər yayılmışdı.
Xatırladaq ki, Antuan Semenyo cari mövsümdə Premyer Liqada 19 oyunda meydana çıxıb. O, bu matçlarda 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı