Danışılmış oyunlarla bağlı kütləvi həbs

Danışılmış oyunlarla bağlı kütləvi həbs
DÜNYA FUTBOLU 9 İyun 2011 / 00:52 2832
-  A +

İtaliya futbolunda yeni qalmaqal baş qaldırıb. Qol.Az-ın məlumatına görə, danışılmış oyunların təşkili işi ilə əlaqədar 16 nəfər həbs olunub.

Onların arasında İtaliya yığmasının və "Latsio"nun ötənlərin məşhur forvardı Cüzeppe Sinyori də var. İtaliya hökuməti A seriyasının 1, aşağı divizionlarda isə 17 matçı araşdırır. Həbslər ölkənin 10 şəhərində aparılıb. Cinayət işində klub rəsmiləri, aşağı liqaların oyunçuları və bukmeykerlərin adları hallandırılır. Bundan başqa 30-dan çox insan şübhə altındadır.

Polisdən bildirilir ki, bütün cinayətkar bandanın başında elə Sinyori durub. Sabiq futbolçu 2,5-dən çox qol vurulacağını proqnozlaşdıraraq, "İnter" - "Leççe" matçına 150 min dollar qoyub. Lakin "İnter" 1:0 hesabı ilə qalib gəlib. Bundan sonra maraqlı şəxslərlə kriminal aləm nümayəndələri arasında xoşagəlməz söhbət olub. 

Araşdırma nəticəsində məlum olub ki, danışılmış oyunda A seriyasına yenidən vəsiqə qazanmış "Atalanta" və "Siena" da iştirak edib. İndi onları aşağı liqaya endirilmə təhlükəsi gözləyir. Hərtərəfli araşdırma C seriyasında "Kremoneze" ilə "Paqaneze" arasındakı görüşdən (2:0) sonra başlayıb. Meydan sahiblərinin futbolçularından biri evə qayıdarkən sükan arxasında yatıb və yüngül qəzaya düşüb. Məlum olub ki, "Kremoneze"nin oyunçularının içdiyi suya yuxugətirici maddə qatıblar. Bu biznesin təşkilatçıları oyunçuları almağa cəhd ediblər, sonra isə Asiya bukmeyker kontorlarında ciddi pul qoyuluşları ediblər.  

Sinyoridən əlavə, karyerasını başa vurmuş Stefano Bettarininin ünvanına da ittihamlar səsləndirilib. Lakin hələlik təhqiqatçılar onun personasına elə də maraq göstərmirlər. Bununla yanaşı, cinayət işində hazırkı oyunçuların da adları hallandırılır. Onların arasında "Atalanta"nın sabiq kapitanı Kristiano Doni, "Askoli"nin futbolçusu Vinçentso Sommeze və Vittorio Mikoluççi, "Komo"dan Mauro Bressan, "Bari"nin eks-kapitanı Antonio Bellavista, "Benevento"nun qapıçısı Marko Paoloni də var. Son iki şəxs artıq türmədədir. Həbsdə müxtəlif vəzifə sahibləri də var.

Son xəbərlər