Bakıda qol buraxdı, "Bavariya" ilə müqavilə bağladı

Bakıda qol buraxdı, "Bavariya" ilə müqavilə bağladı
DÜNYA FUTBOLU 8 İyun 2011 / 23:55 2782
-  A +

Almaniya milli komandasının qapıçısı Manuel Noyerin "Bavariya" klubuna keçidi rəsmiləşib. Qol.Az-ın məlumatına görə, yeni klubunda tibbi müayinədən keçən 25 yaşlı qolkiperlə 5 illik müqavilə bağlanılıb. 

Münhen təmsilçisinin idman direktoru Kristian Nerlinger deyib: "Dünyanın ən yaxşı qapıçılarından birini aldığımız üçün çox şadıq. Həmçinin əməkdaşlığımızın uzunmüddətli olacağına sevinirik". 

Qeyd edək ki, Manuel Noyer müqavilə bağlamamışdan öncə Almaniya yığmasının heyətində Azərbaycan millisinə qarşı çıxış edib. O, Bundestimin heyətində 3 qol buraxıb ki, onlardan 2-si yığmamızla görüşlərə təsadüf edib. Millimiz həm səfər (1:6), həm də evdə (1:3) Noyerin qoruduğu qapıya qol vurmağı bacarıb.   

Son xəbərlər