"Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev azərbaycanlı məşqçi Etibar İbrahimov ilə birlikdə OBASA Oyunları 2025 turniri çərçivəsində Nigeriyaya səfər edib.
QOL.az xəbər verir ki, Aftandil Hacıyev səfər müddətində bir həftə ərzində turnirin yarımfinal və final mərhələlərini izləyib. Səfərin əsas məqsədi istedadlı gənc futbolçuları müşahidə etmək, onları analiz etmək, yerli məşqçilərlə görüşlər keçirmək, həmçinin Qarabağ Futbol Klubu haqqında ümumi məlumat vermək, akademiyanın metodologiyası, iş prinsipləri və inkişaf modeli barədə ətraflı müzakirələr aparmaq olub.
Turnirdən sonra U19 komandaları arasında seleksiya xarakterli oyunlar da izlənilib. Aparılan müşahidələr nəticəsində 8 futbolçunun çıxışı müsbət qiymətləndirilib və onların gələcəkdə Azərbaycana dəvət olunması ilə bağlı ilkin müzakirələr aparılıb.
Səfər çərçivəsində A.Hacıyev yerli futbol klublarının rəhbər və məşqçi heyətləri ilə də görüşlər keçirib, ev sahiblərinə dəvətə görə təşəkkürünü bildirərək bu səfərin maraqlı və faydalı təcrübələrlə yadda qaldığını, əldə olunan bilik və müşahidələrin gələcəkdə akademiyanın fəaliyyətində istifadə ediləcəyini qeyd edib.
DÇ tarixində ən gənc çempionlar kimlər olub?
"Qalatasaray" 2 futbolçusu ilə sağollaşdı
"Liverpul"un ən məhsuldar oyunçusu sıradan çıxdı
"Əl-Əhli" heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Real"dan darmadağınlı qələbə
"Karlos güclü oyunçudur, onunla sağollaşmağı düşünmürük"
İngiltərədə 14 matç təxirə salındı
"Levante" uzun illərin məğlubiyyət seriyasına son qoydu
Superliqa klubu baş məşqçisi ilə yollarını ayırdı
Mahir Emreli qayıtdı, klubundan təbrik aldı - Şəkillər
Karvahal yaşıl meydanlara geri döndü
A seriyasında gərgin anlar: 3 qırmızı vərəqə, 2 qol
Messi "Liverpul"a keçir?
"Qalatasaray"ın Uqarte xəyalları suya düşdü
“Sumqayıt” futbolçusu ilə yollarını ayırdı - Rəsmi
1-ci liqada ötən ayın ən baxımlı 5 qolu - Video
"Çelsi" azarkeşləri etiraz aksiyasına hazırlaşır