Foqts Cavid Hüseynovu cəzalandırdı

Foqts Cavid Hüseynovu cəzalandırdı
ÖLKƏ FUTBOLU 8 İyun 2011 / 16:48 3110
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts «Neftçi»nin futbolçusu Cavid Hüseynovu cəzalandırıb.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis Qazaxıstanla iyunun 3-də Astanada keçirilən Avropa çempionatının seçmə matçında zəif çıxış edən Cavid Hüseynovun adını dünən Almaniyayla görüşün «18»liyinə daxil etməyib. Gənc yarımmüdafiəçi bu səbəbdən Almaniyaya qarşı oyunu Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlərin oturduğu sektordan izləyib.

Müxbirimizlə söhbətində C.Hüseynov «başqa yerdə olduğunu» deyərək bu haqda danışmaq istəmədiyini söyləyib.

Əməkdaşımızın suallarından sonra Cavid Qazaxıstanla matçda zəif çıxışına görə heyətdən kənarda qaldığını istisna etməyib.

O, heyətə düşməməyinin başlıca səbəbini Berti Foqtsdan soruşmağı lazım bilib.

Daha çox


Son xəbərlər