Rauf Əliyev bir yox, iki aylığına sıradan çıxıb

Rauf Əliyev bir yox, iki aylığına sıradan çıxıb
ÖLKƏ FUTBOLU 8 İyun 2011 / 12:20 2263
-  A +

«Qarabağ» klubunun hücumçusu Rauf Əliyev bir yox, iki aylığına sıradan çıxıb. Bu haqda Qol.Az-a «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O bildirib ki,  Qazaxıstan millisiylə qarşılaşmada Raufun topuğunun bağları qırılıb.

Qurban Qurbanov Rauf Əliyevin yerinə hələlik hücumçu almağı düşünmədiklərini söyləyib.

Qeyd edək ki, Rauf Əliyev sıradan çıxdığından Avropa Liqasının qarşıdakı iki ay ərzindəki oyunlarında «Qarabağ»a kömək edə bilməyəcək.

Xatırladaq ki, dünən gecə mətbuatda Rauf Əliyevin bir aylığına sıradan çıxması xəbəri yayılıb.

Daha çox


Son xəbərlər