"Mən sehrbaz deyiləm, amma komandanı ən azı 3-cü yerə qaldırmalıyıq"
QOL.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edən "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında səsləndirib. O, oyunun analizi, komandanın problemləri və gələcək planları barədə ətraflı danışıb:
"65-70 dəqiqə ərzində meydanda əsl futbol var idi. Bu futbolu da məhz "Neftçi" nümayiş etdirirdi. Həmin anlara qədər qapımızın qarşısında hansısa təhlükənin olduğunu xatırlamıram. Hesab 2:0 olanda daha 3 qol vurmaq üçün şanslarımız var idi. Elə bu məqam qələbə qazana bilməməyimizə səbəb oldu. Səmimi şəkildə etiraf edim ki, komandam son 20 dəqiqəni yorğun şəkildə oynadı, fiziki güc yetərli qədər olmadı. Amma bütün bunların hamısını daha yaxşı istiqamətdə düzəltmək olar. Qarşıda "Karvan-Yevlax"la oyunumuz var. Həmin matçdan sonra təlim-məşq toplanışına gedəcəyik və orada komandanı daha yaxşı hazırlamaq şansımız olacaq. "Neftçi Ukraynadakı "Dinamo" və "Şaxtyor" kimidir. "Neftçi" tarixi klubdur, Azərbaycan üçün brenddir".
Baş məşqçi komandasının avrokuboklara vəsiqə qazanması məsələsinə də toxunub:
"Bu mövsüm üçün böyük hədəflər qoymuşuq. Klub rəhbərliyinin məndən nələr tələb etdiyini bilirəm. İndi nəsə demək çətindir, zaman göstərəcək. Əgər bugünkü ilk 65-70 dəqiqədəki kimi oyun sərgiləsək, yaxşı nəticələr əldə edə bilərik. Nə qədər çətin hədəflər olsa da, onlara çatmaq, Avrokuboklara vəsiqə qazanmaq üçün əlimdən gələni edəcəyəm. Nə qədər irəli getməli olduğumuzu bilirəm. Futbolda hər şey ola bilər, mən buna inanıram. İnanmasam, bura gəlməzdim".
"Ağ-qaralar"ın baş məşqçisi hər yarım ildən bir yeni komanda formalaşdırmağın effektiv nəticə verməyəcəyini vurğulayıb:
"Mövcud heyətə gəlincə, komandada olanlar pis oyunçular deyillər. Amma yüksək yerlərə qalxmaq istəyiriksə, mütləq şəkildə heyəti gücləndirməyə ehtiyac olacaq. Rəhbərliklə danışıb axtarışlara başlayacağıq. Elə etməliyik ki, hər mövqedə bir-birini əvəzləyə biləcək eyni səviyyədə iki oyunçu olsun. Vaxtımız azdır, dekabrın 20-si son oyunumuzdur, yanvarın 23-ü isə yeni ildə ilk matça çıxacağıq. Cəmi 1 ay vaxtımız var. Ən azından indi futbolçuları tanıyıram, kimin nə bacardığını bilirəm. Onların üzərində işləmək, bütün heyəti dəyişməkdən daha məntiqlidir. Hər yarım ildə yeni komanda qurmaq yolu tutsaq, bu effekt verməyəcək".
Mütəxəssis "Neftçi"nin cari mövsümdə göstərdiyi oyun performansı ilə müqayisədə bugünkü oyunda daha çox qol epizodları yaratmasını belə izah edib:
"Komandanın qısa müddətdə belə məzmunlu oyun və çoxlu qol epizodu yaratmasının səbəbi futbolçularla danışıqlar və taktiki məşğələlərdir. Dominant oyun üslubuna üstünlük verməliyik. Oyunun əvvəlindən pressinq etmək qaçış məsafəsini də azaldır. Əgər hər şeyi öz qapından başlayırsansa, 60-70 metr məsafə qət etməli olursan. Amma hücumda pressinq edirsənsə, qaçış məsafəsi 15-20 metr azalır. Bu da komandanın fiziki baxımdan yaxşı formada qalmasına kömək edir. Mənim istədiyim futbol ilk 60-70 dəqiqədə oynadığımız, həm kompaktlıq, həm də sürət olan futbol idi. Sonradan yorğunluq başladı və komanda heç vaxt görmək istəmədiyim oyun tərzinə keçdi".
Yuri Vernidub Vensan Abubakar və Sambunun oyununu isə bu cür qiymətləndirib:
"Vensan Abubakara gəlincə, start heyətdə çıxan Bassala Sambu böyük iş gördü, rəqibə yaxşı pressinq tətbiq etdi və onları səhvə məcbur etdi. Sambu çox yorulduğu üçün daha təcrübəli Abubakarın şansları daha yaxşı dəyərləndirəcəyini düşünüb onu meydana buraxdım. O, "Portu" və "Beşiktaş"da belə məqamlarda çox qollar vurub. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, tarixi və ənənələri olan bu klubu ən azından 3-cü yerə qaldıra bilək". (sportal.az)
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi