AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün növbəti görüşünə çıxıb. Qol.Az-ın məlumatına görə, millimiz öz meydanında qrupun vahid lideri Almaniya yığmasını qəbul edib.
Bu komandalar arasında keçirilən ilk görüşdə millimiz səfərdə rəqibinə 1:6 hesabı ilə məğlub olmuşdu. Almanlar bugünkü oyunun da favoriti sayılırdılar. Lakin son görüşündə səfərdə Qazaxıstan yığmasına 1:2 hesabı ilə məğlub olan Berti Foqtsun komandası doğma azarkeşlər önündə bəraət almaq niyyətində idi. Amma yığmamız qrupda 5-ci məğlubiyyətini alıb. Qazaxıstanla görüşlə müqayisədə komandamız nisbətən yaxşı oynasa da, qapısından daha çox - 3 top buraxıb. Bununla da millimiz 3 xalla 5-ci pillədə qalıb. Almaniya isə ardıcıl 7-ci qələbə sayəsində qrup lideri kimi final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan və Almaniya milliləri 5-ci dəfə qarşılaşıblar. İlk 4 görüş almanların qələbəsi ilə başa çatıb. DÇ-2010-nun seçmə mərhələsində səfərdə 0:4 hesabı ilə məğlub olan millimiz Bakıda 0:2 hesablı yenilgiyə üzülmüşdü. Son görüş isə AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutub ki, burada da millimiz rəqibinə səfərdə 1:6 hesabı ilə məğlub olmuşdu.
7 iyun
AÇ-2012-nin seçmə mərhələsi
22:00. Azərbaycan - Almaniya - 1:3
Qol: Məsut Özil, 30 (0:1). Mario Qomes, 41 (0:2). Murad Hüseynov, 89 (1:2). Andre Şürrle, 90+2 (1:3)
Baş hakim: Mixail Koukoulakis (Yunanıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
AZƏRBAYCAN: Kamran Ağayev, Rail Məlikov, Elnur Allahverdiyev, Vurğun Hüseynov, Rəşad Sadıqov, Ruslan Abışov, Rahid Əmirquliyev, Aleksandr Çertoqanov (Rəşad Sadiqov, 86), Əfran İsmayılov (Arif İsayev, 57), Vüqar Nadirov, Vaqif Cavadov (Murad Hüseynov, 70).
ALMANİYA: Manuel Noyer, Dennis Aoqo, Filip Lam, Xolqer Badştuber, Mats Xummels, Toni Kroos, Benedikt Hevedes, Tomas Müller, Lukas Podolski (Andre Şürrle, 75), Məsut Özil (Mario Götse, 81), Mario Qomes (Lüis Holtbi, 88).
| 1 | Almaniya | 7 | 7 | 0 | 0 | 22-3 | 21 |
| 2 | Belçika | 7 | 3 | 2 | 2 | 15-10 | 11 |
| 3 | Türkiyə | 6 | 3 | 1 | 2 | 9-7 | 10 |
| 4 | Avstriya | 6 | 2 | 1 | 3 | 10-10 | 7 |
| 5 | Azərbaycan | 6 | 1 | 0 | 5 | 5-18 | 3 |
| 6 | Qazaxıstan | 6 | 1 | 0 | 5 | 2-15 | 3 |
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı