Azərbaycanlı referi "Çelsi"nin oyununda

Azərbaycanlı referi "Çelsi"nin oyununda
XƏBƏR 8 Dekabr 2025 / 14:10 548
-  A +

FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

K.Umudlu UEFA Gənclər Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.


Son xəbərlər