Türkiyənin "Genclerbirliyi" klubunun yeni təyin olunan baş məşqçisi Volkan Demirel istefa verib.
QOL.az xəbər verir ki, baş məşqçi komandasının qələbə qazandığı oyundan dərhal sonra istefa verdiyini açıqlayıb. Superliqada 15-ci tur çərçivəsində "Fatih Karagümrük"ü 3:0 hesabı ilə darmadağın edən Ankara təmsilçisinin baş məşqçisi matçdan sonrakı mətbuat konfransında hər kəsi təəccübləndirən qərarını bəyan edib.
Gənc mütəxəssis istefasının səbəbini klubdakı rəhbər dəyişikliyi ilə əlaqələndirib:
"Vəzifəmdən ayrılıram. Bunu istəyərək etmirəm, burada olmaqdan çox xoşbəxtəm. Lakin məni bura Mehmet Kaya gətirmişdi. Yeni prezident Arda bəyi təbrik edirəm, mənə qarşı çox nəzakətli oldular. Amma mən bu qərarı hələ dünən vermişdim, sadəcə komandanı matç günü tək buraxmaq istəmədim".
Qeyd edək ki, bu ilin oktyabrın 28-də paytaxt klubunu çalışdırmağa başlayan Volkan Demirel bu müddət ərzində komandanı 6 oyuna çıxarıb. Bu görüşlərdə "Genclerbirliyi" 3 qələbə qazanıb, 3 dəfə isə məğlub olub.
"Barselona" uduzdu
Ronaldo 6-cı, Messi 11-ci oldu
Mateta "Yuventus"a keçir
Milli narazı qaldı, CAF-a şikayət ünvanladı
"Atletiko"dan həm qələbə, həm antirekord
Ərəblərdən 18 yaşlı futbolçuya 40 milyonluq təklif var