"Real" zədəli futbolçusu Kilian Mbappe nin son durumu ilə bağlı rəsmi açıqlama verib.
QOL.az xəbər verir ki, klubun tibbi xidmətinin nəzarəti altında fransız mütəxəssislər tərəfindən müayinələr aparılıb. Nəticədə həkimlər futbolçunun sol dizində bağların dartılması diaqnozunu təsdiqləyib. "Kral klubu"nun məlumatına görə, hazırda tətbiq edilən konservativ müalicə üsulu məqsədəuyğun hesab olunub və oyunçunun vəziyyəti daim nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, Mbappenin dizindəki problemin müalicəsi ilə bağlı klub həkimlərinin işindən narazı qaldığı və ötən həftə xüsusi icazə ilə Parisə yollanaraq yerli mütəxəssislərlə məsləhətləşdiyi bildirilir. Məhz bu səbəbdən o, Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə cavab görüşünü buraxmalı olub.
Hazırkı müalicə planı hücumçunu uzun müddətə sıradan çıxara biləcək əməliyyatdan qaçmağa yönəlib. Klub Mbappenin yaşıl meydanlara qayıtma tarixi barədə dəqiq məlumat verməsə də, bərpa prosesində müsbət dinamikanın olduğunu qeyd edib. Fransız forvardın martın 11-də Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə ilk oyuna yetişib-yetişməyəcəyi hələlik sual altındadır.
Xatırladaq ki, cari mövsümdə möhtəşəm performans sərgiləyən Mbappe "Real"ın heyətində keçirdiyi 33 matçda 38 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”
Azərbaycanın 7 boksçusu mərhələ adladı - Avropa çempionatı
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
"Barselona" UEFA-ya şikayət etdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Mahir Emrelininin yeni baş məşqçisi məlum oldu
Yamal Mbappenin rekordunu təkrarladı
“Sabah”a 2 qol vuran Girassidən açıqlama
Flikdən məğlubiyyət şərhi
Qreqor Kobel "Sabah"la oyuna görə təəssüfləndi