«Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Azərbaycan futbolunun 100 illik yubileyini qeyd edirik. Bizimlə bərabər bu bayram tədbirlərində iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları, xüsusilə FİFA prezidenti cənab Blatteri, UEFA prezidenti cənab Platinini səmimiyyətlə salamlayıram». Qol.Az-ın AzərTAc-a istinadən yaydığı məlumata görə, bu sözləri Azəraycan prezidenti İlham Əliyev bu gün Bakı Olimpiya Stadionun təməlqoyma mərasimindəki çıxışı zamanı deyib.
«Sizin hər bir gəlişiniz Azərbaycanda futbolun inkişafına yeni təkan verir və sizi qonaqlar arasında görmək bizim üçün böyük şərəfdir.
Fürsətdən istifadə edərək, bir neçə gün bundan əvvəl FİFA prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə, cənab Blatter, sizi ürəkdən təbrik edirəm. İnamlı qələbəniz bir də onu göstərir ki, FİFA sizin rəhbərliyiniz altında çox böyük və uğurlu yol keçib, beynəlxalq futbol aləminin mütləq əksəriyyəti sizin namizədliyinizi dəstəkləyib. Bir daha demək istəyirəm ki, sizin rəhbərliyiniz altında FİFA qlobal təşkilata çevrilib. O təşkilata ki, onun əsas idealları dostluq, qardaşlıq, sülh, ədalət anlayışlarıdır.
Bu gün biz futbolumuzun 100 illik yubileyini qeyd edərkən gələcəyə ümidlərlə baxırıq. Ümid edirəm ki, Azərbaycanda futbolun inkişafı uğurlu olacaq. Azərbaycan dövləti futbolun inkişafı üçün lazımi tədbirləri görür. Bildiyiniz kimi, futbolun inkişafına dair Dövlət Proqramı bir neçə ildir ki, icra edilir. Ölkə çempionatı maraq doğurur. Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Ümid edirəm ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımız beynəlxalq yarışlarda bizi sevindirəcəklər» - deyə İ.Əliyev bildirib.
Prezident bildirib ki, futbolun inkişafı hər bir ölkə üçün vacibdir: «Futbol ən sevimli idman növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır. Son illərdə ölkəmizdə bir neçə stadion istismara verilib. Futbol meydançaları tikilir. Yəni, futbolun kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda böyük işlər aparılır.
Bu gün cənab Blatterin, Platininin və digər qonaqların iştirakı ilə Bakıda yeni stadionun açılışı qeyd olundu. Bu gün ölkəmizin ən böyük və ən müasir stadionunun təməl daşı qoyulur. Ümid edirəm ki, iki-üç il ərzində bu ərazidə möhtəşəm futbol arenası - 65 min yerlik yeni, müasir, bütün beynəlxalq standartlara uyğun stadion istismara veriləcək. Bu, nəinki Azərbaycanın, ümid edirəm ki, bölgənin ən möhtəşəm, gözəl, yaraşıqlı və rahat stadionu olacaq».
İlham Əliyevin sözlərinə görə, stadionun tikilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti futbolun inkişafına dəstəyini əsirgəmir:
«Bundan sonra da çalışacağıq ki, biz addımlarımızla futbolun inkişafına töhfə verək. Ancaq, əlbəttə ki, bizim ictimaiyyət və futbol azarkeşləri futbolçularımızdan yaxşı nəticələr, gözəl qollar və qələbələr gözləyirlər. Bu, bizim haqlı istəyimizdir. Ümid edirəm ki, görülən və bundan sonra görüləcək işlər, xüsusilə gənc futbolçularımızın yetişdirilməsi, seleksiya işinin düzgün təşkili nəticəsində futbolçularımız bizə futbol sevincini bəxş edəcəklər.
Bizim bu sahədəki beynəlxalq əlaqələrimiz artır. Qeyd etmək istəyirəm ki, gələn il Azərbaycanda ölkəmizin tarixində ən böyük və mötəbər futbol yarışı keçiriləcəkdir. 17 yaşınadək qızlar arasında dünya çempionatı Azərbaycanda keçiriləcək. Bu, böyük məsuliyyətdir və mən ümid edirəm ki, bütün müvafiq qurumlar hazırlıq işlərini lazımi səviyyədə aparacaqlar və bu çempionat Azərbaycanda çox uğurlu keçəcək.
Beynəlxalq əməkdaşlıq yüksək səviyyədədir. Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası dünya futbol federasiyaları arasında öz yerini tuta bilib. Hesab edirəm ki, bu da futbolun inkişafı üçün çox vacib bir amildir. Xüsusilə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının, Avropa Futbol Assosiasiyaları İttifaqının rəhbərliyinə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. İndi onlar tərəfindən Azərbaycana verilən dəstək bizim üçün çox əhəmiyyətlidir. Ümid edirəm ki, futbol ictimaiyyətimiz öz növbəsində futbolun inkişafı üçün əlavə ardıcıl, düşünülmüş addımlar atacaqdır.
Bu gün yenə də demək istəyirəm ki, çox əlamətdar və tarixi bir gündür. Futbolun 100 illik yubileyini qeyd edirik. Bu yüz ilin 20 ilini biz müstəqil Azərbaycanda yaşayırıq. Eyni zamanda, möhtəşəm stadionun təməl daşının qoyulması da tarixi hadisədir».
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı