Püşkatma mərasimini tənqid etdilər

Püşkatma mərasimini tənqid etdilər
DÇ-2026 6 Dekabr 2025 / 09:32 1065
-  A +

Dünən ABŞ-da keçirilən futbol üzrə dünya çempionatının püşkatma mərasimi tənqid edilib

QOL.az xəbər verir ki, İngiltərə və Norveş milli komandalarının baş məşqçiləri - Tomas Tuhel və Ştole Solbakken mərasimin bədii hissəsinin uzun çəkməsindən narazılıqlarını ifadə ediblər.

İngislərin baş məşqçisi Tomas Tuhel BBC-yə deyib: “Bütün bunlar mənim çox xoşuma gəlmir. Bu qədər şouya ehtiyac yox idi. Mənim üçün vacib deyil, amma əlbəttə, böyük səhnə və möhtəşəm əyləncədir. Bu gün futbolda əsas olan artıq onun özü deyil. Əsas nümayiş və əyləncədir. Azarkeşlərimizin bizimlə qürur duymasını istəyirik və DÇ-2026-da mühüm rol oynamağı hədəfləyirik. Bu turnir çox insan üçün əyləncə və sevinc gətirir”.

İngiltərə millisi DÇ-2026-da L qrupunda Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq.

Norveç millisinin baş məşqçisi Ştole Solbakken isə püşkatma mərasimi haqqında daha sərt danışıb. Onun sözlərini NRK yayıb:

“Bu, bir növ “eybəcərlərin şousu” kimi idi. Elə bil futbol kartları albomuna baxırsan – həm keçmiş ulduzlar, həm də indiki kumirlər oradadır. Keçmiş və indiki məşqçi əfsanələri, dünya çempionu oyunçular səhnədə idi. Demək lazımdır ki, kifayət qədər əyləncə vardı. Şükür ki, artıq qurtardı. ABŞ prezidenti Donald Trampa “Sülh mükafatı” verilməsi? Çox layiqdir (gülür)”.

Norveç yığması I qrupunda Seneqal, Fransa və pley-off qalibi (Boliviya/Surinam/İraq) ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər