İyunun 4-də AFFA prezidenti Rövnəq Abdullayevin Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və futbolçularla qapalı görüşünün bəzi təfərrüatları bəlli olub.
Qeyd edək ki, dünən AFFA-nın rəsmi saytının bununla bağlı yaydığı xəbərdə deyilirdi ki, Berti Foqts Qazaxıstan - Azərbaycan oyunu ilə bağlı hesabat verib. AFFA-nın rəhbərliyi komandanın üzvləri ilə görüşərək millinin oyunundan və nəticədən narazılığını bildirib, qarşıdakı oyunlarda komandanın qarşısına konkret vəzifələr qoyub.
Qol.Az-ın modern.az saytına istinadən yaydığı məlumata görə isə, R.Abdullayev baş məşqçi ilə söhbət zamanı hətta onun üstünə qışqırıb. Bu haqda xəbəri milli komandanın adının çəkilməməsini istəyən heyət üzvü məlumat verib.
Futbolçuları danlayan AFFA prezidenti bildirib ki, Azərbaycan millisi Avropada ən zəif komanda olan Qazaxıstana “qapazaltı” olmaqla onu ölkə ictimaiyyəti qarşısında başıaşağı, diligödək edib.
Qeyd edək ki, AFFA prezidentinin Berti Foqtsla əsəbi halda danışdığını millinin baş məqşçisi özü də təsdiqləyib. O, bu gün keçirdiyi mətbuat konfransında Rövnəq Abdullayevin bu cür emosionallığını başa düşdüyünü deyib.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir