İyunun 7-də Bakıda Almaniya yığması ilə görüş ərəfəsində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Foqts əvvəlcə Qazaxıstanla oyunla bağlı sualı cavablandırıb:
- Mən çox təəssüflənirəm ki, Bakıya məğlub qayıtmışıq. İki səhv buraxmağımız qazaxlara məğlubiyyətlə nəticələndi. Beynəlxalq oyunlarda bu cür səhvləri bağışlamırlar. Mən futbolçularımızdan daha yaxşı oyun və mübarizə gözləyirdim. Lakin bunlar olmadı. Rəqib isə bizi səhvlərimizə görə cəzalandırdı. İndi komandanı Almaniyaya qarşı çətin oyuna hazırlamaq lazımdır.
- Siz Qazaxıstanla oyundan sonra özünüzdən başqa hamını günahlandırdınız. Özünüzün utanmağa yeriniz yoxdur?
- Mən heç kimi ittiham etməmişəm. Futbolda məğlubiyyət olar, bu normaldir. Mən niyə utanmalıyam ki? Mənim komandam bacardığı oyunu nümayiş etdirə bilmədi. Mən ona görə utanıram ki, onlar meydanda mübarizə aparmadılar. Komandamız gəncdir və təzyiq altında oynamağa adət etməyib.
- Siz dediniz ki, rəqib bizim səhvləri bağışlamadı. O zaman nəyə görə, bizim komanda qazaxların səhvini bağışladı?
- Mən belə deməzdim. Biz dörd qol imkanı yaxaladıq, onlardan birindən istifadə etdik. Bir epizodda rəqib qapıçı komandasını xilas etdi. Digərində oyunçumuz ötərmə vermədi. Biz bu səhvlərdən nəticə çıxarmalı və rəqib qapısı önündə soyuqqanlı olmalıyıq. Son iki həftə ərzində yaxşı hazırlaşmışdıq. Belə əhval-ruhiyyəni mən son üç ildə görməmişdim. Futbolçular bilməlidirlər ki, onlar məşqdəki kimi oynamalıdırlar.
- Artıq üç ildir siz deyirsiniz ki, futbolçularınız bacardıqlarını ortaya qoya bilmirlər. Bəs, nəyə görə bir məşqçi kimi üç ildə bu qüsuru aradan qaldıra bilməmisiniz?
- Mən sizinlə razıyam. Mən də bu sualı özümə çox vermişəm. Amma gəlin sualı başqa cür qoyaq: Azərbaycan millisi ilk səfər qələbəsini kimin rəhbərliyi altında qazanıb? Əgər kimsə mənimlə razı deyilsə, bunu söyləsin. Əgər AFFA prezidenti hesab edirsə ki, komandaya lazım deyiləm, mən İstanbula olan ilk bileti alacağam. Özü də bugünkü tarixə, saat 16.00-a. Oradan isə Almaniyaya gedəcəyəm.
- Oyundan sonra AFFA rəhbəri sizə nə dedi?
- Bilmirəm, bunları KİV-ə açıqlaya bilərəmmi? Rövnəq Abdullayev və Elşad Nəsirovun mənə emosionalcasına dediklərini başa düşürəm. Sabah biz Azərbaycan futbolunun 100 illiyinə qeyd edəcəyik. Biz də bu yubileyə hədiyyə vermək istəyirdik. Mən onların emosiyasını başa düşürəm.
- Siz yenə futbolçuların fiziki hazırlığına görə klubları günahlandırdınız?
- Avqustda mən klubların baş məşqçiləri ilə görüşməliyəm. İki həftə ərzində bu problemi aradan qaldırmaq olmaz.
- Biz futbolçularla söhbət etmişik, onlar da sizdən narazıdırlar.
- (gülür və susur).
- Siz Almaniya ilə yenidən qarşılaşacağınıza görə məmnunsunuz?
- Komanda buna görə sevinir. Şübhəsiz ki, onlar favoritdilər.
- Qazaxların baş məşqçisi Beranek səkkiz ay ərzində Azərbaycanı məğlub edən bir komanda yaratdı. Siz isə Qazaxıstanı udmağa qadir olan komanda formalaşdıra bilmədiniz.
- Biz qələbə qazana bilərdik. Səfər matçlarında aqressiv oynamağa alışmamışıq. Problem bundadır. Həmin gün Qazaxıstan aqressiv oynadı, biz isə buna cavab verə bilmədik.
- Murad Hüseynov nəyə görə milliyə çağırılıb?
- Mən KİV-də futbolçularım haqda danışmaq istəmirəm. Mən onun oyununu «Qəbələ»də görmüşəm və bəyənmişəm.
- Nəyə görə Elnur Allahverdiyev oynamadı? Və nəyə görə onun mövqeyində sol cinahda daha yaxşı oynayan Rail Məlikov çıxış edirdi?
- Gəlin, ondan başlayaq ki, sağ cinahda bizdə həmişə problem olub. Rail Məlikov Belçikayla oyunda da həmin mövqedə çıxış edirdi. Mən onunla bu haqda danışdım, Rail dedi ki, komandaya kömək etməyə hazırdır. Elnura gəlincə, onun sağlamlığı tam yerində deyil. Almaniyaya qarşı isə Elnur oynayacaq.
- Amma Rail deyir ki, bu mövqedə oynamaq onun üçün münasib deyil.
- O, «Neftçi»nin lideridir, inanmıram ki, belə bir söz desin.
- Siz avqust ayı üçün planlarınızdan danışdınız, belə çıxır ki, komandadan getmək fikriniz yoxdur. Almaniya ilə oyundan sonra komandamızdan nə gözləyək?
- Avqusta qədər istirahət edəcəyəm. Daha sonra Makedoniya ilə oynayacağıq. Bundan sonra seçmə mərhələnin hazırlığına başlayacağıq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı