Milli komandamızın sabiq üzvü Kamal Quliyev dünən keçirilən Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı Qol.Az saytına müsahibə verib
- Yəqin ki, dünənki oyunu izlədin. Milli komandımızın sabiq bir üzvü kimi, yığmamızın bizdən qat-qat zəif olan Qazaxıstan seçməsinə məğlubiyyətinə nə ad vermək olar?
- Əlbəttə ki, millidən bu cür oyunu heç kim gözləmirdi. Türkiyə yığmasına qarşı o cür oyundan sonra yığma komandamızın səfərdə Qazaxıstan kimi zəif kolllektivə məğlub olacağı heç kimin ağlına gəlməzdi. Bu görüşdə məğlub olmaq bizim üçün çox ağır oldu. Səfərdə oynadığımızı nəzərə alıb, millinin heç olmasda bir xal qazanacağını düşünmək olardı. Mən özüm də bu qənaətdə idim ki, futbolçularımız səfərdən ən azı bir xalla dönəcəklər. Hətta Sumqayıtda dost-tanışlarla oyuna baxarkən, matçın heç-heçə başa çatacağını demişdim. Lakin təəssüf ki, bacarmadıq. Amma alınmadı.
- Niyə alınmadı? Millimizin məğlubiyyətində hansı amil həlledici rol oynadı?
- Komandada çatışmazlıqlar çox idi. Düzdür, bəzi epizodlarda qola yaxın olduq. Fərqlənə bilərdik. Lakin qol imkanlarından lazımınca yararlana bilmədik. Təkcə Rauf Əliyevin epizodunu misal gətirmək olar. Məncə, başlıca səbəb futbolçuların meydançada bütün güclərini ortaya qoymamaları oldu. Mən özüm də millidə çıxış etmişəm, onun formasını şərəflə daşımışam. Nəyimiz olmasa da, ən pis halda meydana çıxıb vuruşmuşuq, baş aldatmamışıq. Oyuna o qədər həvəslə baxırdıq. Hesab bərabərləşdikdən sonra millinin ən azı heç-heçə edəcəyinə ümidim artmışdı. Ancaq qazaxların ikinci qolunda yarımmüdafiə və müdafiədəki futbolçularımızın, tutduqları mövqeyi, neynəmək istədiklərini başa düşə bilmədim. Müdafiədə ciddi boşluqlar var idi. Bundan başqa, hücuma keçməkdə çətinlik çəkirdik. Əlimizə düşən fürsətləri isə boşa verdik. Bu da futbolun qanunudur ki, vurmayana vurarlar.
- Səncə, məğlubiyyətin ən böyük günahkarı kimdir?
- Vallah, indi kimisə günahkar çıxarıb, futbolçularımızı sıxmaq lazım deyil. Qarşıda Almaniya seçməsi ilə daha çətin oyun var. Həmin matçdan sonra bu barədə danışmaq olar. Onsuz da məğlub olublar. Komandada əhval-ruhiyə yüksək deyil. İndi əsas məsələ məğlubiyyəti unudub, qarşıdakı oyuna hazırlaşmaqdır. Rəhbərlikdən də bunu xahiş edirəm ki, uşaqları çox sıxmasınlar. Yəqin ki, vətənə döndükdən sonra oturub, söhbət edəcəklər. Almaniya millisi ilə oyunun əhəmiyyətini onlara başa salacaqlar.
- Bir az da milli komandanın baş məşqçisi Berti Foqts haqqında fikirlərini eşidək.
- Düzdür, Berti Foqts kifayət qədər tanınmış məşqçidir. Belə bir çalışıdırıcının millimizin sükanı arxasında olması ad baxımından yaxşıdır. Ancaq təkcə ad baxımından. Əməldə isə heç nə yoxdur. Gəlin, özümüzü aldatmayaq. Almaniya, Avstriya, Belçika kimi rəqiblərə uduzsaq, haradasa yaxşı oynayıb, məğlub olduğumuzu düşünmək olar. Ancaq Qazaxıstan yığmasına məğlubiyyətə heç nə ilə haqq qazandırmaq olmaz. Çünki komandamız heç nə ilə yadda qalmadı. Dünənki oyunda Berti Foqtsun bir təqdirəlayiq hərəkəti oldu ki, o da Vüqar Nadirovu meydana buraxması idi. Başqa heç nə. Ümumiyyətlə, bu mütəxəssisin işi göz qabağındadır. Mən belə düşünürəm ki, hələlik Azərbaycan futboluna heç nə qazandırmayıb.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi