AZAL klubunun baş məşqçisi Nazim Süleymanov dünən keçirilmiş Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı Qol.Az saytına müsahibə verib
- Dünənki oyunda qrupumuzun autsayderi olan komandaya – Qazaxıstan yöğmasına məğlub olduq. Bu barədə nə deyə bilərsiniz?
- Matça elə də pis başlamadıq. Futbolçularımız olduqca rahat görünürdülər. İstər top qəbul edərkən, istərsə də hücuma çıxarkən, bu, hiss olunurdu. Əgər birinci hissədə Rauf Əliyev üzbəüz epizodda topu qazaxların qapısından keçirə bilsəydi, bəlkə də nəticə fərqli olardı. Təəssüflər olsun ki, uduzduq. Futboldur, burada hər şey olur. Oyundan qabaq bildirmişdim ki, səfərdən ən azı heç-heçə ilə qayıdacaqlar. Əslində isə milli komandamızdan qələbə gözləyirdim.
- Sizcə, yığma komandamız niyə uduzdu?
- Bilirsiniz, bizim komandamız əslində qazaxlardan çox üstündür. Dünənki oyunda da futbolçularımız bu amili meydançada sübut etməli idilər.
- Ancaq qazaxlar bu cür düşünənlərə sübut etdi ki, hansı ölkənin yığması daha üstündür.
- Xeyr, belə deyil. Yadınızdadırsa, keçən il Türkiyə millisini məğlub etdik. Onda bu o deməkdir ki, biz türklərdən üstünük? Futbolda belə şeylərə hazır olmaq lazımdır. Qazaxıstan yığması bizdən zəifdir. Sadəcə dünənki oyunda alınmadı. Bunun da bəzi səbəbləri var idi. Məncə, başlıca səbəb futbolçuların psixoloji vəziyyəti ilə bağlı idi. Çempionat başa çatıb. Yəqin onlar dünən futbol yox, tətil barədə düşünürdülər. Ona görə də oyuna tam köklənə bilməyiblər.
- Ancaq Foqts oyundan öncə verdiyi açıqlamalarda bildirmişdi ki, futbolçularımız matça tam hazırdırlar və komandada yüksək əhval-ruhiyyə var.
- Düzdür, futbolçular peşəkar olmalıdırlar. İstənilən vəziyyətdə matça yüksək səviyyədə hazırlaşmalıdırlar. Ancaq yenə deyirəm, mövsümün sonudur. Yəqin tətili düşünürdülər.
- Bundan başqa, komandada qələbə üçün daha nə çatmadı?
- Futbolçularımızda arxayınlıq var idi. Qazaxıstan millisini rahat məğlub edəcəklərini düşünürdülər. Əslində isə bu tip komandaları ciddiyə almalısan. Bir də ən əsası, belə kollektivlərə erkən, şok qollar vurub, üstündə elə bir təzyiq qurmalısan ki, o, sənin daha güclü olduğunu qəbul etsin.
- Oyunun antiqəhrəmanlarından biri, hətta mən deyərdim ki, birincisi Berti Foqts oldu. Alman mütəxəssis haqda nə fikirləşirsiniz?
- Məncə, bütün günahı Foqtsun üstünə atmaq düzgün deyil. Yığma komanda bizim hamımızındır. Ona görə də burada hər kəsin günahı ola bilər.
- Qarşıda daha çətin rəqib və daha çətin oyun var. Ayın 7-də almanları qonaq edəcəyik. Həmin oyundan nə gözləyirsiniz?
- Əlbəttə, Almaniya seçməsi çox güclü komandadır. Ancaq bu, o demək deyil ki, biz oynamamılıyıq? Yenə də meydançaya qələbə əzmi ilə çıxmaq lazımdır. Çoxları düşünür ki, Almaniya yığmasını məğlub etmək olmaz. Amma belə deyil. Hamımız inansaq və futbolçularımız var gücü ilə mübarizə aparsa almanlara başağrısı ola bilərik. Yadınızdadır, Türkiyə ilə oyundan əvvəl də çoxları millimizin məğlub olacağını düşünürdü. Hətta heç-heçəyə inananların sayı da az idi. Ancaq yığma komandamız sübut elədi ki, istənilən rəqibə qalib gəlmək olar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi