“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır

“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
XƏBƏR 18 Noyabr 2025 / 21:50 534
-  A +

“Barselona”nın hücumçusu Rafinya yenidən komanda məşqlərinə qoşulub.

QOL.az xəbər verir ki, 28 yaşlı cinah hücumçusu zədədən sağalaraq komandası ilə birgə məşqlərə başlayıb. Bu barədə Kataloniya klubu rəsmi X (əvvəlki Twitter) hesabında məlumat yayıb.

Xatırladaq ki, braziliyalı futbolçu sentyabrın sonunda La Liqanın 6-cı turunda “Oviedo” ilə keçirilən oyunda (3:1) xəsarət almış, daha sonra məşq zamanı yenidən zədələnmişdi. 

Qeyd edək ki, "Barselona"nın növbəti matçı 22 noyabr tarixində "Kamp Nou”da "Atletik Bilbao"ya qarşı baş tutacaq.


Son xəbərlər