Millimizin keçmiş baş məşqçisi Şahin Diniyev bu gün keçirilmiş Avropa çempionatının seçmə mərhələsinin oyunu ilə bağlı Qol.Az saytına müsahibə verib
- Şahin müəllim, yəqin ki, millinin oyununu izlədiniz. Komandamızın çıxışı barədə nə deyə bilərsiniz?
- Hə, mən də televiziya vasitəsilə oyuna baxdım. Nə deyə bilərəm, yaxşı oynamadıq.
- Sizcə, nəticə ədalətli oldu?
- Mən deyərdim ki, ədalətli oldu. Hesab daha da böyük ola bilərdi.
- Yəni belə çıxır ki, qazaxlar bizdən bir baş üstün oynadı.
- Bir baş yox, bir az. Əsasən də ikinci hissədə sürətli əks-hücumlarının qarşısını almaqda çətinlik çəkdik.
- Məğlubiyyətin səbəblərini nə ilə əlaqələndirərdiniz?
- Vallah, burada bir çox amil ön plana çıxır. Baş məşqçisindən tutmuş futbolçusuna kimi hamının günahı var.
- Qeyd etdiniz ki, komandamız zəif təsir bağışladı. Yəqin razılaşarsınız ki, burada bəzi futbolçuların zəif çıxışı da öz sözünü dedi. Məsələn, götürək Vaqif Cavadovu. Sizcə, klubunda əsas heyətə düşə bilməyən, oyun praktikası baxımından əziyyət çəkən bir oyunçunu milliyə dəvət edib, onu start heyətdə meydana buraxmaq və 90 dəqiqə oynatmaq nə dərəcədə məntiqəuyğundur?
- Mən hər dəfə bunu təkrar edirəm. Yenə deyirəm ki, klublarımızda legionerlərin çoxluğu milli komandamıza zərər verir. Bu gün meydanda olanlardan tək Vaqif Cavadov yox, Vüqar Nadirov, Cavid Hüseynov, Murad Hüseynov kimi futbolçular da klublarında əsas heyətə düşməkdə çətinlik çəkirlər. Ona görə də bu gün milli komandamız belə zəif çıxış edir. Klublarımız yığmaya oyunçu hazırlamalıdırlar. Amma lazımsız legionerləri yığıb gətirməklə yox, gənc və perspektivli oyunçulara yer verməklə.
- Bugünkü oyunda hansı futbolçularımızı fərqləndirərdiniz?
- Daha çox iki oyunçu – Əfran İsmayılov və Vüqar Nadirovun çıxışı xoşuma gəldi. Digərləri isə gözlənilən oyunu göstərmədilər.
- Necə düşünürsünüz, bundan sonra Foqtsun taleyi necə olacaq? Alman mütəxəssisin yığmanın sükanı arxasında qalması düzgündür?
- Vallah, buna mən qərar vermirəm. Bu işlərlə məşğul olan xüsusi qurum var. Nəyi necə edəcəklərini onlar bilirlər. Mən kiməm ki, qərar verim.
- Bu görüşü izlədikdən sonra, Almaniya ilə oyunöncəsi sizdə hansı təəssürat yarandı?
- Bilirsiniz, Azərbaycan millisi elə bir komandadır ki, həmişə eyni oyunu sərgiləmir. Qeyri-stabil komandadır. Məncə, həmin görüş fərqli olacaq. İnanıram ki, meydanda əsl əzmkarlıq nümayiş etdirəcəklər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi