Qazaxıstanın «Atırau» klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədovla bu müsahibə əslində dünən baş tutmalıydı. Müxbirimizin Ramiz müəllimi axtarmasının səbəbi bu gün Qazaxıstanla Azərbaycan arasında keçiriləcək oyun və «Atırau» klubunun durumuyla bağlı onun fikirlərini öyrənmək idi.
Amma kefinin yaxşı olmadığı hiss edilən Məmmədov problemləri olduğunu söylərək müsahibənin başqa vaxta saxlanılmasını xahiş etdi.
Bu gün Qol.Az-ın müxbiri Məmmədovla yenidən əlaqə saxlayaraq onunla müsahibə götürməyə cəhd edib. Hərçənd, Ramiz Məmmədov nəyə görəsə, müxbirimizin verdiyi normal sualları çox aqressivliklə qarşılayıb və müsahibənin gedişatında özündən çıxmağa başlayıb.
Ramiz bəy ya Qazaxıstanda işləri düzgün getmədiyindən, ya da bilmirik, hansısa digər səbəblərdən, deyəsən, hirsini əməkdaşımızın üstünə tökmək istəyib.
Gənc mütəxəssisə hörmətlərimizi bildirməklə yanaşı, onu hərdən vaxt tapıb nəzakət qaydalarını və bir insanla normal danışmağın yollarını öyrənməyə çağırırıq.
Hörmətli Ramiz müəllim, lütfən, çox həyəcanlanmayın, əgər bu yazını oxuyursunuzsa, müxbirin verdiyi sualların normal olması fikri ilə barışın, istəsəniz, bu cür kobud, adınıza və şəxsiyyətinizə yaraşmayan danışığınızdan nəticə də çıxarın.
Sizə və komandanıza Qazaxıstan çempionatında tutduğu yeddinci pillədən tezliklə yaxa qurtarmağı arzulayır, oxucularımıza isə sizinlə müxbirimiz arasındakı dialoqu təqdim edirik.
Qol.Az
- Hazırda “Atırau” 13 turdan sonra 7-ci pillədə qərarlaşıb. Komandanın bu cür çıxışı nə ilə əlaqədardır?
- Mənim fikrimcə, birinci il üçün hələlik normal gedirik. Bunu uğursuzluq kimi qələmə vermək düzgün deyil.
- “Atırau” rəhbərliyi qarşınıza hansı hədəfi qoyub?
- (Hirslənir) Mən cavab verdiyim suala təkrar cavab vermək istəmirəm. Bu sual mənə 10 dəfə verilib, hamısını da cavablandırmışam. Bir dəfə demişik, axıra qədər də sözümüzün üstündəyik..
- Ola bilsin demisiniz, ancaq biz eşitməmişik.
- (Yenə hirslənir) Onda belə çıxır ki, siz bizim komanda ilə maraqlanmırsınız...
- Mən elə söz demədim. Sadəcə, verdiyim suala cavab istəyirəm.
- Yenə təkrar edirəm, rəhbərlik bizim qarşımıza ilk “altılığ”a düşməyi qoyub. 20 dəfə təkrar eləmişəm.
- Ramiz müəllim, elə bunu əvvəlcədən də deyə bilərdiniz. Bu qədər uzatmağa ehtiyac yox idi.
- Hə, dedim də.
- Yaxşı mövzunu dəyişək. Yəqin ki, Berti Foqtsun haqqınızda səsləndirdiyi fikirləri eşitmisiniz. Bu barədə nə deyə bilərsiniz?
- Hə, eşitmişəm. Berti Foqtsun cavabını Allahın köməkliyi ilə vaxtı çatanda verəcəyəm. Sizə aid olan sualınız varsa, buyurun.
- Necə yəni bizə aid olan sual? Ölkənin milli komandasının baş məqşçisi sizin haqqınızda deyir ki, vətəninizi sevmirsiniz. Siz sıradan bir insan deyilsiz, ona görə də fikirlərinizi bilmək istəyirik.
- (Yenə hirslənir) A kişi, mən sizə deyirəm ki, Foqtsun cavabını verəcəyəm. Bu, mənim problemimdir. Başqa söz lazım deyil. Foqtsun səviyyəsinə enməyəcəyəm. Məqamımı gözləyirəm. Vaxtı çatanda cavabını da verəcəyəm, payını da. Biz kim olduğumuzu, danışığımızı bilən insanlarıq.
- Sizin kim olduğunuzu yaxşı bilirik. Elə ona görə də zəng vurmuşuq.
- Allah razı olsun. Mən də sevə-sevə suallarınızı cavablandırıram. Hər şeyin zamanı var. Foqtsun da cavabını verəcəyəm.
- Bir az da bugünkü oyun barədə danışaq. Qazaxıstan - Azərbaycan görüşü barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Hər iki komandaya uğurlar arzulayıram.
- Bu qarşılaşmadan hansı nəticəni gözləyirsiniz?
- Heç nə demək istəmirəm. Hər ikisinə uğurlar arzulayıram. Bu oyun heç nəyin taleyini həll etmir. Sadəcə 5-cı yer uğrunda mübarizədir. Bu görüşü “El-Klassiko”ya çevirmək lazım deyil.
- Son bir sual. Ümid edirəm, bu dəfə də sualın təkrarlandığını düşünməyəcəksiniz. Rəşad Sadıqovu “Atırau”ya aparacağınızla bağlı xəbərlər dolaşır. Bu nə dərəcədə realdır?
- Rəşad Sadıqovun özü ilə danışmısınız bu barədə? O deyib, bu söhbət haradan çıxıb?
- Xeyr, zəng vurmamışıq. Rəşad Qazaxıstanda olduğundan onunla əlaqə saxlaya bilməmişik.
- Tək Rəşad yox, Azərbaycandan bir neçə futbolçu var ki, mən onları öz komandamda görmək istəyirəm. Ancaq təəssüflər olsun ki, bu gün həmin futbolçuları “Atırau”ya gətirmək mümkün deyil. Ancaq mən çox istərdim ki, Azərbaycanın bir çox aparıcı futbolçusunu “Atırau”ya gətirim.
- Ən çox kimləri komandanızda görmək istərdiniz?
- Ayrı-seçkilik salmaq istəmirəm. Hamısını sevirəm. Ad çəkməyəcəm. Bəzilərinin Qazaxıstana gəlməsini çox istəyirəm. Ancaq bilirəm ki, bu gün üçün mümkün deyil.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi