“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
-Qazaxıstan yığmasına qarşı çıxış edən ilk futbolçulardan biri də siz olmusunuz. Həmin oyunu necə xatırlayırsınız?
-Qazaxlara qarşı rəsmi yox, qeyri-rəsmi qarşılaşmada meydana çıxmışam. Ancaq lap cavan vaxtlarım olduğundan, həmin oyunu elə də yaxşı xatırlamıram. Səhv eləmirəmsə, İranda oynamışıq. Zarafat deyil, üstündən 15 il keçib.
-Artıq Qazaxıstan – Azərbaycan oyununun başlanmasına bir neçə saat qalıb. Milli komandamızın şanslarını necə dəyərləndirirsiniz?
-Hiss olunur ki, komandamız oyuna çox ciddi hazırlaşır. Futbolçularımızın açıqlamalarından da görünür ki, bu görüşə necə önəm verirlər. Hamı çox gözəl başa düşür ki, bizim üçün necə vacib oyundur. Mən belə düşünürəm ki, yaxşı oyun göstərib, vətənə qələbə ilə dönəcəklər.
-Sizcə, qazaxlara necə qalib gəlmək olar?
-Açığı, bunu deyə bilmərəm. Çünki bu kollektivin oyunlarını elə də çox izləməmişəm. Yəqin həm Berti Foqts, həm də futbolçular rəqibin bir neçə oyununa baxıb, təhlil ediblər. Hiss olunur ki, oyuna tam hazırdırlar. İnşallah, qələbə ilə bizləri sevindirərlər.
-Qurban müəllim, “Qarabağ”dan uzaqlaşdırdığınız futbolçular – xüsusilə də Aftandil Hacıyev və Samir Abasov dolayısı ilə buna görə sizi günahlandırırlar. Məsələn, Aftandil mətbuata verdiyi müsahibəsində sizin ona şans vermədiyinizi bildirib…
-Yox, belə bir şey olmayıb. Mən inanmıram ki, Aftandilin məndən narazılığı olsun. Çünki bütün futbolçularla söhbət edib, qarşılıqlı şəkildə razılaşmışıq. Ola bilsin, jurnalist sualı o cür qoyub, cavab da belə alınıb. Yenə deyirəm, ola bilməz ki, həmin futbolçuların məndən narazılıqları olsun. Hamısı məni yaxşı tanıyır. Bilirlər ki, onların daim oynamağını istədiyim üçün belə etmişəm.
-Bəs, Samir Abasovun fikirləri necə, razısınız? Samir komandadakı gəncləşdirmə siyasəti ilə bağlı danışarkən bildirib ki, bu səbəbə görə komandadan uzaqlaşdırlması inandırıcı görünmür. Futbolçu bunu başqa amillərlə əlaqələndirib…
-Mənə elə gəlir ki, burada anlaşmazlıq olub. Çünki Samir mənə qarşı elə sözlər deməz, deyə bilməz. Onu yaxşı tanıyıram. Söhbətimiz olub. Mən belə düşünürəm ki, sualı elə bir formada veriblər ki, o da bu fikirləri səsləndirib. Digər tərəfdən isə komandadan göndərilən futbolçularda həmişə narazılıq olur. Bunu normal qarşılamaq lazımdır.
-Yeni almaq istədiyiniz oyunçularla bağlı nə kimi yeniliklər var?
-Hələlik heç bir yenilik yoxdur. Bəzi futbolçularla danışıqlar davam edir.
-“Gəncə” ilə müqaviləsi başa çatan Samir Zərgərov 4 iddialı klubdan təklif aldığını bildirib. Onlardan biri AZAl, digərləri isə məlum deyil. Bir neçə yerli oyunçu ilə maraqlandığınızı dediniz. Maraqlıdır, Samirlə maraqlanan komandaların arasında “Qarabağ” da var?
-Yox, konkret olaraq maraqlanmırıq. Heç bir təklif edilməyib. Bir neçə oyunçu ilə maraqlanırıq. Ancaq onların içərisində Samir Zərgərovun adı yoxdur.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi