Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununa hakim təyinatları açıqlanıb.
QOL.az xəbər verir ki, görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Referi Sebastian Gishamer olacaq. Ona yan xəttə hakimləri kimi Roland Riedel və Santino Schreiner köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək.
VAR Manuel Schuettengruberə, AVAR isə Josef Spurnyə həvalə edilib.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:45-də start götürəcək.
Salah Lemparda çatdı
"Nəticə bizi məyus etdi”
“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”
Hələlik ən çox qol vuran futbolçu odur
Dembele yenidən zədələndi
"Sumqayıt"ın 3 qollu qələbəsi - Video
"Hakimlik haqda danışmağı xoşlamıram" - Saşa İliç
“Barselona”nın sabiq futbolçusu BƏƏ klubuna keçdi