“Qarabağ”ın futbolçusu İlqar Qurbanovun Qol.Az saytına müsahibəsi
- Qazaxıstan yığması ilə bundan əvvəlki görüşlərin hamısında millinin forması altında meydana çıxmısan. Həmin oyunları necə xatırlayırsan?
- Əvvəlcə onu deyim ki, Qazaxıstan elə də asan rəqib deyil. Bundan əvvəlki oyunlarımız da olduqca çətin keçib. Şahin Diniyev və Karlos Alberto Torresin komandaya başçılıq etdiyi vaxtlarda qazaxlarla iki rəsmi oyun keçirdik və hər ikisində bərabərə qaldıq. Həm evdəki, həm də səfərdəki görüşdə hesabda önə çıxmağımıza baxmayaraq, onu sonadək qoruyub saxlaya bilmədik. Nəticədə hər iki oyunun sonunda 1:1-lik nəticəyə razılaşdıq.
- Sabah millimiz növbəti dəfə bu kollektivlə üz-üzə gələcək. Yeni heyət, yeni baş məşqçi. Bu oyun barədə nə deyə bilərsən?
- Gözlənildiyi qədər asan oyun olmayacaq. Zəif görünsə də, əslində sona qədər oynayan komandadır.
- Qazaxlarla bir neçə dəfə qarşılaşmış futbolçu kimi, səncə, rəqibi necə məğlub etmək olar?
- Ancaq sürətli hücumlarla. Arxa xəttdə uzunboylu iki müdafiəçiləri var. Hər ikisi ləng oyunçudur. Məncə, komandanın bu boşluğundan maksimum yararlanmaq lazımdır. Ancaq rəqibin bir üstünlüyü doğma meydanda oynaması, digər üstünlüyü isə daxili çempionatlarının davam etməsidir. Bizim Premyer Liqa başa çatdığından futbolçularımızda bir qədər boşluq ola bilər. Tətil, istirahət barədə düşünə bilərlər. Ancaq mənə elə gəlir ki, bu fikirləri beyinlərindən atmalıdırlar. Qarşıda hələ Almaniya seçməsi ilə də oyun var. Arxayınlaşmaq lazım deyil.
- Sənin qarşılaşdığın Qazaxıstan millisi ilə indiki kollektiv arasında hansı fərqlər var?
- Elə də ciddi fərqlər yoxdur. O vaxt bizimlə oyunda da inamlı təsir bağışlayırdılar, indi də. Meydanın hər qarışı uğrunda sonadək mübarizə aparırlar.
- Sabahkı oyunda millimizdən hansı nəticəni gözləyirsən?
- İnanıram ki, səfərdən qələbə ilə dönəcəklər. Çünki məğlub olub, qayıtsalar, yaxşı olmayacaq.
- Bundan əvvəl millinin formasını geyinmisən. Yenidən yığmaya çağırılmaq istərdin?
- Hər bir futbolçu milli komandasının şərəfini qorumaq istəyər. Oyun praktikam azdır. Bunu yoluna qoyduqdan sonra, niyə də olmasın?
- Yenidən milliyə dəvət alacağına ümidin var? Çünki bir ara alman çalışdırıcı ilə aranızda problem olduğunu eşitmişdik...
- Əlbəttə, inanıram ki, yenidən yığmaya dəvət alacağam. 35 yaşlı oyunçu buna ümid edirsə, mən niyə etməməliyəm? O ki qaldı Foqtsa, mənim onunla heç bir problemim olmayıb. Sadəcə, həmin vaxt oyun praktikam az idi. Ona görə də çağırılmırdım. İnşallah, “Qarabağ”ın heyətində daim meydana çıxıb, əvvəlkimi formamı bərpa edəcəyəm və yenidən milliyə dəvət alacağam.
- Yeri gəlmişkən, qış fasiləsində “Qarabağ”a gəldin və cəmi üç oyunda meydana çıxdın. Buna baxmayaraq, Qurban Qurbanov sənin komandada qalmağını istədi və yeni müqavilə imzalandı. Görünür, qısa vaxt ərzində baş məşqçinin etimadını doğrultmusan.
- Qış fasiləsində “Qarabağ”a gələndə 6 aylıq müqavilə bağladıq. Anlaşmanın şərtlərində belə bir bənd var idi ki, oyunum baş məşqçini qane etsə, komandada qalacam. Belə də oldu. Klubla yeni müqavilə imzaladım. “Qarabağ”a keçdiyim üçün peşman deyiləm. Əksinə çox sevinirəm ki, belə bir kluba gəldim.
- Artıq iki mövsümdür ki, “Qarabağ” avrokuboklarda ölkəmizi layiqincə təmsil edir. Artıq bu komandanın tərkibindəsən. Baş verənlərdən xəbərin var. “Qarabağ”ın avrokuboklardakı bu ilki çıxışından nə gözləyirsən? Daha böyük uğurlar üçün komandada o ab-hava, atmosfer hiss olunurmu?
- Əlbəttə, hiss olunur. Biz bir ailəyik. Futbolçular bir-birilərini yaxşı tanıyır, hörmət edirlər. Artıq komanda tam olaraq formalaşıb. İnşallah daha yaxşı nəticələrlə xalqımızı yenidən sevindirəcəyik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi