«Neftçi»nin yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Sabah milli komandamızı səfərdə Qazaxıstan yığması ilə görüş gözləyir. Bu oyunda hansı nəticəyə ümüd etmək olar?
- Səfər matçı olsa da, Qazaxıstan bizə tanış rəqiblərdəndir. Onlarla başabaş mübarizə aparmaq olar. Çalışmaq lazımdır ki, qələbə qazanaq. Çünki bu qələbə bizə Belçikaya ağır məğlubiyyətdən sonra bir stimul ola bilər. Yaddan çıxarmaq lazım deyil ki, qarşıda bizi dünyada ən güclü millilərdən olan Almaniyayla oyun gözləyir. Həm də səfərdə qələbə qazansaq, qrupdakı mövqeyimiz də xeyli yaxşılaşar. Yaxşı bilirsiniz ki, Azərbaycan ev oyunlarında istənilən rəqibə baş ağrısı ola bilər. Düşünürəm ki, səfərdəki oyundan qələbə gözləməyə dəyər.
- Ancaq Berti Foqts qazaxların bizdən güclü olduğunu deyir.
- Mən bu fikirlə razı deyiləm. Türkiyə dünyada öz sözünü demiş və bizdən qat-qat güclü bir komanda olmasına baxmayaraq, onları məğlub edə bildik. İndi qrupda sıfır xalı olan komandadan qorxmaq düzgün olmaz. Biz Qazaxıstanı məğlub edə biləcək gücə malikik, bunu tam əminliklə söyləyirəm. Buna potensialımız da imkan verir. Çünki heyətdə yetərincə sürətli, texnikalı futbolçular var. Əgər Qazaxıstanı da uda bilməsək, görəsən, daha kimi uda biləcəyimizə ümid edək?!
- Foqts «hətta uduzsaq belə, bu, faciə olmayacaq» söyləyib.
- Uduzmağı dilə gətirməyin yeri yoxdur. Heç olmasa, heç-heçə olsa, faciə sayılmaz desəydi, başa düşmək olardı. Əgər məğlub olmağı qabaqcadan fikirləşiriksə, onda işimiz bir qədər çətin olacaq. İndi kimdən soruşsaq ki, bu oyun hansı hesabla bitəcək, hər kəs qələbə qazana biləcəyimizdən danışacaq.
- Berti Foqtsun millimizin 2014-cü ildə dünya çempionu olmaq istəməsi ilə bağlı fikirlərinə münasibətin necədir? Deyəsən, Foqts bizi yenə ələ salır.
- Mən hər zaman futbolçu yoldaşlarımla söhbətdə də demişəm ki, əgər futbolumuzu bəyənmirsənsə, burda nə işin var. Azərbaycanda futbol olub, olacaq da. Məncə, yerli məşqçilərlə işləmək bizim futbola daha çox fayda verər, nəinki icnəbilərlə çalışmaq. Ölkəmizdə milyonlar qazanıb sonra da bizi futbolumuzu bəyənmirlər. Bizdə çoxlu uşaq var ki, onların gələcəyinin parlaq olacağını düşünürəm. Şükür Allaha, Azərbaycanda bu yöndə inkişaf gedir və hər şey göz qabağındadır. Ümumiyyətlə, məşqçi futbolçusuna inanmalı və inandırmağı bacarmalıdır ki, sən zəif deyilsən.Yoxsa, mətbuat konfransında oyunqabağı uduza biləcəyimizdən danışmaq, futbolumuzu ələ salmaq hər bir oyunçuya psixoloji təzyiqdir. Ümumiyyətlə, heç bir futbolçunun əziyyətini yerə vurmaq olmaz. Futbolçularımıza dəstək olmaq lazımdır.
- Səninlə yanaşı, «Qarabağ»dan Rəşad Sadiqov da milliyə cəlb olunmurdu. Amma indi Foqts Sadiqovu əsas komandaya dəvət edib.
- Əvvəla Rəşad Sadiqov öz oyunuyla sübut elədi ki, millinin heyətində çıxış etməyə layiqdir. Ümumiyyətlə, Sadiqov son zamanlar göstərdiyi əla oyunla nəinki azarkeşlərin, hətta mətbuatın da rəğbətini qazanmağı bacardı. Məhz mətbuatın təzyiqindən sonra Foqts Rəşadı milliyə çağırmağa məcbur oldu. Foqts milli komandaya futbolçunu uğura görə yox, prinsiplərinə görə yığır. Bir şey olmamış da deyir ki, mənim öz oyun planım var. Nə oyun planı? Sadəcə, tanıdığı oyunçulara üstünlük verir. Bu gün hansı oyunçu hazırdısa o da çıxıb oynamalıdır. İnşallah, mən də öz növbəmi gözləyirəm ki, millimizi layiqincə təmsil edim. Amma onun rəhbərliyi altında millidə oynayacağıma inanmıram.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi