Azərbaycan kubokunda 5 komanda 1/8 finala yüksəldi

Azərbaycan kubokunda 5 komanda 1/8 finala yüksəldi
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2025 / 16:34 3010
-  A +

Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinin oyunlarına start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 6 görüşdən 5-i başa çatıb.

Bu mərhələ bir görüşdən ibarət olduğundan qalib gələn tərəf 1/8 finala yüksəlib.

Beləliklə, "Baku Sportinq", "Karvan-Yevlax", "İmişli", "Şəfa" və "Kəpəz" növbəti mərhələyə adlayıb.

Günün son oyununda "Turan Tovuz" "Dinamo"nun qonağı olacaq.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin digər 6 oyunu isə sabah keçiriləcək.

28 oktyabr (çərşənbə axşamı)

14:00. “Göygöl” – “Baku Sportinq” - 0:2

Qollar: İ.Allahverdiyev, 40, 60
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov
Buzovna qəsəbə stadionu

14:00. “Karvan-Yevlax” – “Şəki Siti” - 3:1

Qollar: S.İranxan, 16, Tompson Qavi, 105+1, Coy Mikels, 118 – N.Novruzov, 90+2

Qırmızı vərəqə: Nika Çaçaşvili, 99 ("Karvan-Yevlax")

Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev
Şamaxı şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “İmişli” - 2:3

Qollar: S.Allahquliyev, 28-pen. 69 – E.Rəhimzadə, 65, L.Silvestr, 81-pen.90+5

Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə
Quba OİK stadionu

14:00. “Cəbrayıl” – “Şəfa” - 0:3

Qollar: A.Ebrahimzade, 25, 44, A.Yunanov, 84

Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev
Şamaxı OİK stadionu

14:00. “Kəpəz” – “Ağstafa Gəncləri” - 6:1

Qollar: Ş.Aşurov, 17, R.Hüseynli, 35, S.Şəfiyev, 42, Elcan Əbilov, 45, Şahnur İsmayılov, 63 (pen.), Donqo, 86 – E.Hüseynov, 69

Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev
Qəbələ şəhər stadionu

17:00. “Dinamo” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov
“Azersun Arena”

29 oktyabr (çərşənbə)

14:00. “Şimal” – “Şahdağ Qusar”

14:00. “Xankəndi” – “Difai”

14:00. “Zaqatala” – “Sumqayıt"

16:00. “Qəbələ” – “Mingəçevir”

16:00. “Səbail” – “Şamaxı”

19:00. “Neftçi” – MOİK

Daha çox


Son xəbərlər
27.10.25  12:15

100-cü oyun