"Qarabağ"ın U-19 komandası "Atletik"ə uduzdu

"Qarabağ"ın U-19 komandası "Atletik"ə uduzdu
XƏBƏR 22 Oktyabr 2025 / 16:00 3542
-  A +

Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında 3-cü tur oyununu keçirib.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə "Atletik"lə qarşılaşıb. Rəşad Sadiqovun komandası görüşdə 0:3 hesabı ilə məğlub olub.

Oyunu İsraildən olan hakimlər briqadası idarə edib. Referi Qal Levi olub.

Hazırda turnir cədvəlində "Qarabağ" 0 xalla 36-cı, "Atletik" isə 9 xalla 1-cidir.

Qeyd edək ki, "Qarabağ" U-19 ilk matçında "Benfika"ya (1:7), 2-ci oyununda isə "Kopenhagen"ə (0:5) uduzub.

"Atletik" - "Qarabağ" - 3:0

Qollar: Haustmendia, 5, Lozano, 70, İmqa, 89


Son xəbərlər