"Barselona" bu qış transferlər edəcək?

"Barselona" bu qış transferlər edəcək?
XƏBƏR 20 Oktyabr 2025 / 09:53 2376
-  A +

"Barselona"nın idman direktoru Deku klubun qış transfer pəncərəsi üçün planları haqda danışıb.

QOL.az "Cadena Ser"ə istinadən xəbər verir ki, o, transfer bazarında fəal iştirak etmək niyyətində olmadıqlarını bildirib:

"Yayda istədiyimiz və mümkün olan hər şeyi etdik. Artıq vaxta ehtiyac var. Qışda trasferlər etmək bizim planlarımızın bir hissəsi deyil".

Xatırladaq ki, “Barselona” hazırda İspaniya çempionatında 9 oyundan sonra 22 xalla 2-ci pillədə qərarlaşır. Lider isə 24 xala malik "Real"dır.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner