Bu gün daha 3 oyun keçiriləcək

Bu gün daha 3 oyun keçiriləcək
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2025 / 10:14 490
-  A +

Azərbaycan I Liqasında 5-ci turun oyunları davam edir.

QOL.xəbər verir ki, bu gün daha 3 oyun keçiriləcək.

Günün ilk matçında MOİK "Cəbrayıl" ilə Binədə münasibətlərinə aydınlıq gətirəcək. 

Digər görüşdə "Mingəçevir" "Şimal"ı, "Difai" isə "Şahdağ Qusar"ı sınağa çəkəcək. Oyunların hamısı eyni vaxtda - 14:30-da başlayacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək "Baku Sportinq" - "Şəfa" oyunu ilə yekun vurulacaq.   

16 oktyabr (cümə axşamı)

14:30. MOİK – “Cəbrayıl”
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Elman Kərimov, Murad Səlimov
Binə qəsəbə stadionu

14:30. “Mingəçevir” – “Şimal”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, İslam Məmmədov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

14:30. “Difai” – “Şahdağ Qusar”
Hakimlər: Ruslan Quliyev, Elmin Süleymanov, Safalı Ağayev, Namiq Bəkirov
Ağsu şəhər stadionu


Son xəbərlər
15.10.25  08:44

28 oldu!