U-19 millimiz Özbəkistana qarşı

U-19 millimiz Özbəkistana qarşı
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2025 / 13:00 319
-  A +

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, U-19 növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qeyd edək ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.

Daha çox


Son xəbərlər