“Neftçi”nin baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Arif müəllim, Türkiyə səfəriniz nə ilə bağlı idi?
- İstirahətlə əlaqəli idi. Hələ əvvəldən planda var idi ki, mövsüm qurtarandan sonra bir həftəliyinə ailəvi istirahətə gedək.
- Artıq mövsüm başa çatıb. Yəqin ki, bir çox məşqçilər kimi siz də
komandada kimin qalıb, kimin gedəcəyinə qərar vermisiniz...
- Konkret adlarla açıqlama verə bilmərəm. İyunun 7-də toplaşacağıq. Ondan sonra 1-2 gün içərisində açıqlama verəcəyik.
- Kimləri göndərəcəyinizi hələ dəqiqləşdirməmisiniz?
- Yox, dəqiqləşdirmişəm. Ancaq rəsmi bir şey olmadığı üçün ad çəkmək istəmirəm. Təkcə onu deyə bilərəm ki, müqaviləsi başa çatan bəzi futbolçular var. Onlarla yenidən müqavilə imzalamağa ehtiyac yoxdur. Bu futbolçulardan bəziləri göndəriləcək. Razılığa gələcəyimiz oyunçular isə komandada qalacaqlar.
- Qeyd etdiniz ki, müqaviləsi başa çatan futbolçuların bəziləri göndəriləcək. Yəqin ki, bunların içərisində Elmar Baxşıyevin də adı var. Təcrübəli müdafiəçi ötən mövsümü boşa verdi. Demək olar ki, meydana çıxmadı...
- Tək Elmar yox, daha bir neçə oyunçunun müqavilə müddəti başa çatır. Yenə deyirəm, danışıqlar gedir. Bəziləri ilə yollarımızı ayıracağıq.
- Son vaxtlar mətbuatda “Neftçi”nin adı Aleksandr Qleb, Zapata kimi oyunçularla birgə hallanır. Bunlar nə dərəcədə həqiqətəuyğundur? Adlarını çəkdiyimiz futbolçulardan kiminləsə danışığınız olub?
- Belə xəbərlər çox olacaq. Çünki Qafqazda klub adı çəkiləndə, ağıla ilk olaraq “Neftçi” gəlir. Aleksandr Qleb, Zapata kimi oyunçuların adlarının hallanması da normaldır. Lakin bunlar sadəcə dezinformasiyadır. Sözügedən futbolçularla maraqlanmırıq. İnşallah, hər hansı bir futbolçunu transfer etsək, rəsmi şəkildə ictimaiyyətə açıqlama verəcəyik.
- Hazırda maraqlandığınız futbolçular kimlərdir?
- Bir neçə futbolçu ilə danışıqlar gedir. İndi bu danışıqların nəticələrini gözləyirik.
- Transfer siyahınızda ulduz futbolçu var? “Neftçi” azarkeşlərini növbəti dəfə super transferlərlə sevindirə biləcək?
- Hazırda iki əcnəbini transfer etmək barədə fikirləşirik. İkisi də səviyyəli futbolçular olacaq.
- Yerli futbolçuların transferi gündəmdədirmi?
- Yerli transferə o qədər də fikir vermirik. Çünki gələn mövsümdən gənclərimizə yer vermək istəyirik. Əvəzedicilərdə, başqa klublarda icarə əsasında çıxış edən futbolçularımız var. Onları da düşərgəmizə qatacağıq. Yerli oyunçularla bağlı boşluqları onlarla dolduracağıq. Heyətimizdə kifayət qədər gənc və perspektivli futbolçu var. Onları klubumuza qazandırmağa çalışacağıq. Gələn mövsümdən etibarən yeni adları görəcəksiniz.
- Hazırlıq planınız barədə nə deyə bilərsiniz? Planda hər hansı dəyişiklik yoxdur?
- Təlim-məşq planımız əvvəldən hazırdır. Hələ ki dəyişiklik yoxdur. İyunun 7-də Bakıda toplaşıb, bir-iki məşq etdikdən sonra, futbolçular tibbi müayinədən keçəcəklər. Ayın 10-da isə Türkiyəyə yola düşəcəyik. İlk mərhələ 23-nə qədər davam edəcək. Ondan sonra Bakıya qayıdaraq, 2-3 gün istirahət edəcəyik. İyunun 26-dan iyulun 6-na kimi isə təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyada olacağıq. İyunun 20-də avrokubok oyunlarının püşkatması olacaq. Püşkatmanın nəticələrindən asılı olaraq, hazırlıq planımızda dəyişiklik ola bilər. İlk oyunumuz Bakıda olarsa, ayın 6-na, səfərdə olarsa isə 10-na kimi Avstriyada qalacağıq.
- Təlim-məşq toplanışı zamanı yoxlama oyunları keçirəcəksiniz. Rəqiblərinizi müəyyənləşdirmisiniz?
- Bu barədə də bəzi planlarımız var. Yoxlama oyunları Avstriyadakı 10 günlük toplanış zamanı nəzərdə tutulub. Orada iştirak edəcək klubların siyahısı bizə təqdim olunub. Onların arasından öz seçimimizi edəcəyik. Eyni zamanda biz də öz təklifimizi bildirmişik. Danışıqlardan sonra rəqiblərimizin adlarına aydınlıq gələcək. Namizədlər arasında İngiltərə, Çexiya, Avstriya klubları da var. Qarşılaşmaq istədiyimiz klubların əksəriyyəti iddialı komandalardır.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi