Azərbaycanın U-17 millisi Fransaya qarşı

Azərbaycanın U-17 millisi Fransaya qarşı
ÖLKƏ FUTBOLU 8 Oktyabr 2025 / 10:45 447
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

QOL.az xəbər verir ki, 9-cu qrupda yer alan Aqil Nəbiyevin komandası səfərdə Fransanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Kapbreton şəhərindəki “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Norveç və Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu qrupun digər oyununda bu gün Rumıniya öz meydanında İsrail ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycanın əsas milli komandası da növbəti matçını səfərdə Fransaya qarşı keçirəcək. Oyun DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək.
 
8 oktyabr
 
17:00. Fransa (U-17) - Azərbaycan (U-17)

Baş hakim: Marius Hansen Qrotta (Norveç)
“Bourret” stadionu, Kapbreton

Daha çox


Son xəbərlər
06.10.25  21:20

Reşford zədələndi