Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov yığmaya təyinatı haqda danışıb.
QOL.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında üzərində böyük məsuliyyətin olduğunu deyib:
“Azərbaycan milli komandasında işləmək hər bir məşqçi üçün böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən etimada görə AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Milli komanda hər birimizin qürurudur. İstər bizim, istərsə də futbolçularımızın üzərində böyük məsuliyyət var.
Bir komanda kimi həm meydanda, həm də ondan kənarda ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Bir yumruq kimi birləşərək, düzgün yanaşma və komanda ruhu ilə yaxşı nəticələr qazanmaq istəyirik. Azərbaycan azarkeşləri daim millinin yanında olublar. Onların dəstəyi bizim üçün böyük motivasiya mənbəyidir. Qarşıdakı matçlarda layiqli oyun göstərərək, gələcək üçün ümid verməyə çalışacağıq”.
Qeyd edək ki, Fernandu Santuş istefaya gpndərildikdən sonra A millimizi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə son görüşə də Ayxan Abbasov çıxarıb. Bu gün isə AFFA prezidenti Rövşən Nəcəf mütəxəssislə görüşüb.
Yığmamız oktyabrın 10-da Fransa ilə, 13-də isə Ukrayna yığması ilə səfərdə qarşılaşacaq.
"Qarabağ"dan müraciət
Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu hədəflədi
Xavi "Mançester Yunayted"i çalışdırmağa hazırdır
"Traktor"dan ÇL-də heç-heçə
Azərbaycan voleybolçularından uğurlu start
Boksçularımız III MDB Oyunlarına qələbə ilə başladılar
UEFA-nın rəsmi saytı “Qarabağ”ın növbəti oyunundan yazdı
La Liqanın oyunu təxirə salındı
“Kopenhagen” Bakıya 21 futbolçu ilə gəlir
Millimizin Avropa çempionatı üçün ilkin heyəti
III MDB Oyunları: Azərbaycandan ilk qızıl medal
Belotti üçün mövsüm bitdi
“Qazaxıstana uzun uçuş bəhanə ola bilməz” - Xabi Alonso
İspaniya Superkuboku bu ölkədə keçiriləcək
"Barselona"da yeni müqavilə
AFFA iki klubu cərimələdi
Yubiley qolunu Rüstəm vurdu
Neymar iki aylıq sıradan çıxdı
"Mançester Siti" onunla müqaviləni uzatdı
"Barselona" 81 illik rekordu təkrarladı
"Sabah" klubunda yeni təyinat
"Qarabağ" - "Kopenhagen" matçını türk hakim idarə edəcək
İtaliya millisi 5-ci dəfə dünya çempionu oldu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
"Barselona"nı lider edən qələbə - Video
"Kayrat"ın baş məşqçisi "Real"la sabahkı oyundan danışdı