"Sevindirici haldır ki, belə böyük turnirin oyunu yenidən Bakıda keçiriləcək. Həm sevincli, həm həyəcanlı, həm də məsuliyyətliyik".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis matça mümkün qədər yaxşı hazırlaşdıqlarını bildirib: "Çox yaxşı, ciddi rəqibə qarşı oynayacağıq. İnanıram ki, futbolçularımız yaxşı oyunla azarkeşləri sevindirə biləcəklər".
Q. Qurbanov vurğulayıb ki, dünyanın Azərbaycan futboluna diqqət ayırması sevindirici haldır: "Futbolda ciddi nəticələrimiz olmasa da, ciddi rəqiblərlə oyunlardakı qələbələr xalqımızı sevindirir, futbola yatırım etmək istəyən şəxsləri cəlb edir. Meydanda elə çıxış etməliyik ki, ölkəmizə, futbolumuza dəyər versinlər. Belə olanda hər birimiz stadiona ümidlə gəlirik. Biz bunu dərk edirik. Məsuliyyət olan yerdə uğur da olur".
Baş məşqçi deyib ki, oyun öncəsi futbolçularda qorxu yox, həyəcan var. O, futbolçuların mərkəzi arenada keçirilən oyunlarda özlərini daha rahat hiss etdiklərini vurğulayıb: "Bəlkə də Bakı Olimpiya Stadionu hazır olsaydı, oyunlarımızı orada keçirərdik. Çünki Çempionlar Liqası kifayət qədər nüfuzlu turnirdir. Orada da oynasaydıq, meydana eyni məsuliyyətlə çıxacaqdıq".
Mütəxəssis əsas heyəti fikrində formalaşdırdığını qeyd edib: "Müəyyən rotasiyalar ola bilər. Amma böyük ölçüdə heyəti müəyyənləşdirmişəm. Rəqibin oyun üslubu əvvəlki illərlə müqayisədə təxminən eynidir. Sadəcə, hər il daha da inkişaf edirlər. Bu il həyətlərində daha texnikalı və sürətli futbolçuları var. Klubun fəlsəfəsi isə dəyişməz olaraq qalır".
O, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün normal vəziyyətdə olduğunu söyləyib: "Bəzən müəyyən problemlər olur. Bu da iqlimlə bağlıdır. Amma hər il yaxşıya doğru gedir".
"Futbolda qələbənin düsturu olur. Biz də qalib gəlmək üçün çalışırıq. Təbii ki, məğlub da ola bilərik. Qarşımızda ciddi komanda var. Biz onların da göstərdiyi oyuna hazır olmalıyıq", - deyə Qurban Qurbanov fikirlərini tamamlayıb.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlayacaq (Azərtac).
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır