Oktyabrın 1-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionununda “Qarabağ”la “Kopenhagen” arasında Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda oyun keçiriləcək. Bu, Azərbaycan və Danimarkanın hazırkı çempionlarının 5-ci qarşılaşması olacaq.
QOL.az xəbər verir ki, ilk dəfə bu komandalar hələ 27 il əvvəl - 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlmiş və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanmışdılar - evdə 6:0, səfərdə 4:0.
2017-ci ildə isə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə “Qarabağ”ın rəqibindən üstün olmuşdu. Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qqydası sayəsinsə tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlmişdi.
Bu dəfəki oyun öncəsi “Kopenhagen” klubunun rəsmi saytı həmin oyunları yada salıb. Saytda yayımlanan yazını QOL.az-ın oxucuları ilə də bölüşürük.
1998-ci ilin avqustu
İlk baharda “Ikast” üzərində qazandığımız kubok finalı qələbəsi bizə Kuboklar Kubokuna vəsiqə qazandırmışdı. 1-ci mərhələdə rəqibimiz o vaxtlar “tamamilə tanınmaz” adlandırılan “Qarabağ Agdam” olmuşdu.
Onlar ölkə kubokunun finalında “Kəpəz”ə uduzmuşdula. Lakin “Kəpəz” həm də çempion olduğundan, Kuboklar Kubokunda iştirak hüququ “Qarabağ”a verilmişdi.
Yeni baş məşqçimiz Kent Karlsson kifayət qədər güclü heyətə sahib idi, amma “Parken”də keçiriləcək ilk oyundan öncə əhval-ruhiyyə yüksək deyildi. Çünki bir neçə gün əvvəl “Herfolge” komandasına 0:3 hesabı ilə biabırçı məğlub olmuşduq.
Azərbaycanla bağlı az sayda məlumat müəyyən ümid yaratsa da, biz rəqibi canlı görməmişdik, çünki onların liqası hələ başlamamışdı.“Biz bu oyunu qazanmalıyıq. Ən azı 2:0 hesabı ilə qalib gəlməliyik ki, cavab matçından əvvəl yaxşı üstünlüyümüz olsun,” – deyə Karlsson bildirmişdi. Onun ümidləri doğruldu: artıq 12-ci dəqiqədə hesab 3:0 idi, ilk hissənin ortalarında 5:0 oldu, fasiləyə isə 6:0-la yollandıq. Bu da yekun nəticə idi.
“Fasilədən sonra motivasiyanı qorumaq bir az çətin idi, baxmayaraq ki, məşqçi bizdən daha çox qol istəmişdi,” – deyə qələbədən sonra kapitan Peter Nielsen etiraf etmişdi.

Ev oyununda səfər forması
Şəkillərdə göründüyü kimi, həmin oyunda biz qara-boz zolaqlı səfər formasında çıxış etmişdik. Görünür, buna səbəb “Qarabağ”ın matça yalnız tam ağ formayla gəlməsi idi. Bu, ilk belə hal deyildi – 1993-də “Linfield”, 1995-də “Hradec Kralove” və İntertoto Kubokunda “Örebro” və “Austria” Vyanaya qarşı da evdə səfər formasında oynamışdıq. 2003-də isə ÇL təsnifatında “Sliema Wanderers”a qarşı evdə səma-mavi formada çıxış etmişdik.
Cavab oyunu – formallıq
Azərbaycanla cavab görüşü formalıqdan başqa bir şey deyildi. 30 dərəcə istidə keçən oyunda “Qarabağ” 10-cu dəqiqədə futbolçusunu qırmızı vərəqə ilə itirdi. Uzun müddət qol olmadı, ta ki, sona 20 dəqiqə qalmış biz hesabı açdıq və ardınca 4 qol vurduq. Onlardan birini ikinci hissədə debüt edən gənc Newroz Doğanla oynayarkən qeydə aldıq. Bu, onun “Kopenhagen”də yeganə rəsmi oyunu oldu.
Matçın son dəqiqələrində isə Carsten Hemmingsen qırmızı vərəqə aldı. Ümumi nəticədə 10:0 hesablı qələbə zamanı bu, bəlkə də gərəksiz idi. Beləcə, o, növbəti mərhələdə “Levski” Sofiya ilə oyunları buraxdı. Həmin mərhələdə Bolqarıstanda 2:0, evdə isə 4:1 hesabı ilə qalib gəldik. Sonra “Stamford Bridge”də “Çelsi” ilə 1:1 oynadıq, evdə isə 0:1 uduzub 90-cı illərin ən yaxşı avrokubok payızını başa vurduq.
2017-ci ilin avqustu
1998-ci ildəm sonra “Qarabağ” bir neçə dəfə kubok qazansa da, onların əsl yüksəlişi 2013/14 mövsümündən başladı. O vaxtdan bəri Azərbaycan futbolunda hegemonluq edirlər.
Pley-off püşkatmasında əvvəlcə onların adı çıxdı, sonra isə bizim. Rəqiblərimiz “Astana”, “Rijeka”, “Hapoel” Beer-Şeva və “Slaviya” Praqa da ola bilərdi.
O dövrdə “Qarabağ” ardıcıl üç ildir “dubl” edirdi. Onların məşqçilər korpusunda isə Ruben Selles də var idi. İlk oyunda səfərdə 0:1 uduzduq. Qol ilk hissənin ortasında əks-hücumdan və dirəkdən dönən topun Mədətov (Mahir Emreli - red.) tərəfindən qapıya göndərilməsi ilə gəldi. Oyunun son yarım saatında rəqib bir neçə təhlükəli epizod yaratdı, amma Robin Olsen qolların qarşısını aldı və biz Bakını nisbətən yaxşı nəticə ilə tərk etdik.
Səfər qolu qaydası
Kopenhagendəki cavab oyununda Federiko Santander bizi fasilədən əvvəl önə keçirdi. Lakin “Qarabağ” ikinci hissənin ortalarında hesabı bərabərləşdirincə, biz iki qol vurmaq məcburiyyətində qaldıq. O vaxt səfər qolu hələ qüvvədə idi – təəssüf ki, bu, bizim ziyanımıza işlədi.
Andrija Pavloviç qısa müddət sonra bizi yenidən önə keçirsə də, böyük təzyiqimizə baxmayaraq, üçüncü qolu vurmaq mümkün olmadı. Nəticədə “Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. Və o vaxtdan bəri ilk dəfə yenidən buradadır – bu dəfə Liqa mərhələsində, “Selburn”, “Şkendiya”, “Ferentsvaroş” və “Benfika” üzərində qələbələrlə.
“Qarabağ” kimlərlə oynamışdı?
1998-ci il, Kopenhagendəki matçda
1 Camallədin Əliyev, 3 Elşad Əhmədov, 4 Vadar Nuriyev, 5 Zaur Qarayev, 6 Rüfət Quliyev (Mais Əzimov, 60) 7 Mirbağır İsayev (Səttar Əliyev), 9 Təbriz Həsənov, 10 Müşfiq Hüseynov, 11 Bəxtiyar Musayev, 14 Renat Abdaşov, 15 Emil Paşayev
Baş məşqçi: Ağasəlim Mircavadov
Qollar: Martin Nielsen, 1, Thomas Thorninger (6), Peter Nielsen (12), Bjarne Goldbaek (19),
Morten Falch (25), Peter Nielsen (40).
1998-ci il, Bakıdakı matçda
Camallədin Əliyev, Səttar Əliyev, Elşad Əhmədov, Zaur Qarayev, Rüfət Quliyev, Mirbağır İsayev (Kənan Mahmudov, 79), Mais Əzimov, Təbriz Həsənov, Müşfiq Hüseynov (k) (Yalçın Bağırov, 68), Emil Paşayev, Vəli Hüseynov
Qollar: Niklas Yensen, 70, Peter Nielsen, 75, David Nielsen, 80, 88-ci dəq
2017-ci il, Bakıdakı matçda
13 İbrahim Şehiç, 5 Maksim Medvedev (k), 55 Bədavi Hüseynov, 52 Yakub Rzezniçak, 25 Ansi Aqolli, 8 Miçel, 2 Qara Qarayev, 20 Riçard Almeyda, 11 Mahir Mədətov, 9 Dino Ndlovu (22 Əfran İsmayılov, 90+5), 17 Donald Gerrye
Baş məşqçi Qurban Qurbanov
Qol: Mahir Mədətov, 25
2017-ci il, Kopenhagendəki matçda
13 İbrahim Şehiç, 5 Maksim Medvedev (k), 5 Bədavi Hüseynov, 52 Yakub Rzezniçak, 25 Ansi Aqolli, 8 Miçel, 20 Riçard Almeyda (32 Elvin Yunuszadə, 90+2) 17 Donald Gerrye (Əfran İsmayılov, 14 Rəşad F. Sadıqov, 80) 2 Qara Qarayev, 11 Mahir Mədətov, 9 Dino Ndlovu
Qollar: Federiko Santander, 45 (1:0), Dino Ndlovu, 63 (1:1), Andrija Pavloviç, 66 (2:1)
1998-ci il. “Kopenhagen” - “Qarabağ” oyunundan görüntülər
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"
Hakimi zədəsini sağaltdı, kubok oyununda meydanda olacaq
"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır
“Qarabağ”ın qapıçısı Almaniyadan təklif alıb
Klubun 40 azarkeşi həbs olundu
Sinenkadan rekord, Şahrudindən uğurlu seriya
"Qalatasaray" və "Fənərbaxça" onu hədəfə aldı
“Əl-İttihad” rəsmisindən Vinisius açıqlaması
"Valensiya"nın məşqçisi 3 övladı ilə gəmidə batdı
40 yaşında 40 qol vurdu
"Qarabağ" Braziliya klubu ilə razılaşmadı
İsko 1 ay oynamayacaq
Roman Qriqorçuk qayıdır
Ronaldonun dubl etdiyi oyun - Video
WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - Şəkillər
“Atletiko”nun sabiq futbolçusu Braziliya klubunda
111 ildən sonra 11 qələbə rekordu
Kenan qol vurdu, "Yuventus" qalib gəldi - Video
"Bavariya" onunla yeni müqavilə imzaladı
"Aston Villa" "Çelsi"ni belə məğlub etdi - Video
Ronaldo dubl etdi, "Əl-Nəsr" qalib gəldi
"Mançester Siti" və "Liverpul"dan qələbə, "Çelsi" uduzdu
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır
Zirkzeyə "Roma"dan təklif gəldi
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
"Mançester Siti" liderliyə yüksəldi