“Qarabağ”ın hücumçusu Musa Qurbanlının Misli Premyer Liqasının beşinci turunda “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəsini təqdim edirik:
- Görüşlə bağlı nə deyə bilərsiniz?
- “Araz-Naxçıvan” yaxşı komandadır. Bilirdik ki, asan olmayacaq. Erkən qol vurduq. Daha sonra rəqibin 10 nəfərlə qalması işimizi asanlaşdırdı. Yekunda 5 qollu qələbə qazandıq. Azarkeşlər üçün də bu nəticə çox xoşdur.
- Hesab arasındakı fərqin belə böyük olacağınız gözləyirdiniz?
- Hesab barədə oyundan əvvəl düşünmürük. Yalnız qələbə üçün meydana çıxırıq. Hesabın elə də fərqi yoxdur.
- Ramil Şeydayev “Qarabağ”a qayıtdı. Demək olar ki, onun gəlişi ilə hücum xəttindəki rəqabət daha da artacaq?
- Ramil daha əvvəl komandamızın üzvü olub. Onunla birlikdə uğurlar qazanmışıq. Şəxsi münasibətimiz də yaxşıdır. Biz onu çox istəyirik. İnanıram ki, bu keçid həm Ramil üçün uğurlu olar, həm də komandamız üçün.
- “Benfika” ilə oyundan sonra ölkə çempionatına köklənmək çətin deyil?
- Əlbəttə, iki oyun arasında fərq böyükdür. Həm atmosfer fərqlidir, həm meydanın keyfiyyəti, həm də oyunun sürəti. Lakin Çempionlar Liqası da bizim üçün vacibdir, Azərbaycan çempionatı da. Hər ikisində öz oyunumuzu göstərib qələbə qazanmağa çalışırıq.
- Bütün Avropa “Qarabağ”ın səfərdə “Benfika” üzərində əzmkar qələbəsindən danışır. Hansı hisslər keçirirsiniz?
- Bu, bizim üçün böyük fəxrdir. Ölkəmizi təmsil edirik. Çempionlar Liqası dünya futbolunun 1 nömrəli klub turniridir. İnsanlar qələbəmizi gözləmirdilər. Çünki “Benfika”nın necə böyük klub olduğunu bilirsiniz. Bu qələbə sayəsində ölkəmizi tanıtdıq, göstərdik ki, Azərbaycanda da futbol var. Biz də futbol oynaya bilirik.
- Maraqlıdır ki, əvvəl Türkiyə klublarını bizə örnək göstərdirlər, indi isə “Qarabağ” qardaş ölkənin kollektivlərinə nümunə göstərilir...
- Kimlərəsə örnək ola biliriksə, bu, bizim üçün çox xoşdur. Bu, işimizə peşəkar yanaşmağımızın nəticəsidir.
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?
"Sumqayıt" Hakan Sünalla yolları ayırdı
"Həddindən artıq ciddi olmalıyıq" - Qurban Qurbanov
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Avrokuboklarda debüt edəcəklər - İlk rəqibləri “Qarabağ”dır!
"Qarabağ"ın rəqibi bəlli oldu
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
"Sabah"ın rəqibi müəyyənləşdi
"Şəfa" onları da göndərdi
DÇ-2026-nı buraxacaq
"Şamaxı"dan ayrıldı, 1-ci liqa klubuna keçdi
Bernardo Silva "Real"da
İspaniyanın DÇ-də uğursuz seriyası davam edir
Cavid Hüseynov: "Asan olmayacaq"
İnfantino İran millisinə: "Hücumçu kimi oynaya bilərəm”
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı
Boqanın transfer hüquqlarını aldılar
"Real" Rüdigerlə müqaviləni uzatdı
PFL prezidentindən o futbolçuya xüsusi hədiyyə
"Zirə" kapitanı ilə bağlı qərarını açıqladı
"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
"Şəfa"da növbəti müqavilə
Tarixdə ilk: Həm ana, həm də oğul...
İran - Yeni Zelandiya oyunundakı 4 qol - Video
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
DÇ-2026-da yeni baş məşqçi
ABŞ-da milli komanda polis iti ilə yoxlanıldı - Video
UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
Ozan Can Kökçü Türkiyə klubunda
"Sabah" onu birdəfəlik transfer etdi
Mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu oldu
Belçika - Misir oyununun ən yaxşısı açıqlandı