Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Ağasəlim müəllim, yəqin ki, xəbəriniz var. Milli komandamız iki gün öncə Bakı Slavyan Universitetinin tələbələri ilə yoxlama oyunu keçirib və 18:1 hesabı ilə qələbə qazanıb.Sizin belə bir görüşə münasibətinizi bilmək maraqlı olardı…
-Xeyr, xəbərim yoxdur. Mən bilmirəm, onlar kimlə oynayıblar.
-Dedik axı, Slavyan Universitetinin tələbələri ilə.
-Oyun nə vaxt olub? Kubokdan əvvəl, yoxsa sonra?
-Ölkə kubokunun finalından sonra, srağagün.
-Bilirsiniz, hər məşqçinin öz planı var. İstər milli komanda, istərsə də klub olsun, məşqçi bunu edirsə, ona qarşı etiraz olmamalıdır. Əsas odur ki, hazırlıq yaxşı olsun. Çünki qarşıda Qazaxıstan və Almaniya kollektivləri ilə oyunlar var.
-Qazaxıstan və Almaniya kimi yığmalara qarşı oyunlara hazırlaşan komandanın tələbələrlə yoxlama matçı keçirməsi nə dərəcədə məntiqəuyğundur?
-Mən dəqiq bilmirəm, həmin oyun hansı məqsədlə keçirilib. Ola bilsin, şou xarakterli görüş olub. Hər hansı tədbir də ola bilər. Ona görə də bu barədə bir söz demək bir az çətindir. Amma onu deyə bilərəm ki, əgər 18 top vurublarsa, bu da yaxşı haldır ki, uşaqlar qol həsrətinə son qoyublar. Düzgün vurğuladınız ki, bu, bir qədər məntiqə sığmır.
Ancaq yenə də mənə qaranlıq gəlir. Hər hansı bir klubla da bu görüşü keçirə bilərdilər. Yenə deyirəm, bəlkə də tədbir olub. Bəlkə də Foqts oyunçuların üzərilərindəki stressi atmaları üçün belə bir varianta əl atıb. Alman çalışdırıcı bununla sanki Qazaxıstan və Almaniya matçlarının həyəcanını unutdurmağa çalışıb. Məsələnin bu tərəfini də fikirləşirəm. Çünki əvvəllər özüm də belə eləyirdim.
-Artıq ölkə çempionatı başa çatdı, qalib müəyyənləşdi. Ümumiyyətlə, nəticəni ədalətli sayırsınızmı?
-Avrokuboklara vəsiqə qazanan dörd klubun beynəlxalq arenada çıxış edəcəyi elə ilk turdan görünürdü. “Neftçi”nin çempionluğu ədalətli oldu. Çünki komanda çempionatın əvvəlindən iddiasını ortaya qoydu. “Xəzər Lənkəarn”ın marafonu ikinci pillədə başa vurmasını da normal sayıram. Ancaq lənkəranlıların da çempionluq şansları var idi. Əgər cənub təmsilçisi final mərhələsinin ilk qarşıdurmasında doğma meydanda “Neftçi”ni məğlub etsəydi, bəlkə də nəticə fərqli olardı.
“Qarabağ”a gəldikdə isə, ilk turlarda bu komandanın oyunu məndə belə təsəvvür oyadırdı ki, Ağdam klubu heç birinci “altılığ”a da düşə bilməyəcək. Amma sonradan Qurban Qurbanov futbolçuları adaptasiya edə bildi və çempionatı ilk “üçlük”də tamamladı. Hətta son 5 tura kimi “Qarabağ”ın çempion olacağını da düşünürdüm. AZAl-ın “dördlüy”ə düşməsini də ədalətli sayıram. Yalnız “İnter” də bu yerə namizəd idi. Amma görünür, Nazim Süleymanov daha yaxşı komanda yaradıb və bunun da nəticəsini gördü.
-Bəs, avrokuboklara vəsiqə qazanan komandalarımızın şanslarını necə qiymətləndirirsiniz?
-Mən həmişə demişəm ki, avrokuboklara bir il əvvəldən hazırlaşmaq lazımdır. Özü də komandanın özəyini saxlamaq şərtilə. Bizim klublarımız isə avrokubok oyunları öncəsi 8-10 futbolçunu göndərir, yerinə isə tanımadığı yeni oyunçuları gətirir. Əlbəttə, onların da komandaya uyğunlaşması vaxt aparır. Bütün klublarımıza inanıram. Sözsüz ki, “Qarabağ”ın beynəlxalq arenada təcrübəsi kifayət qədər olduğundan, onların şansları daha yüksəkdir. Ancaq digər komandalarımıza güvənirəm.
-Son olaraq, milli komandamızın qarşıdakı oyunları barədə nə deyə bilərsiniz?
-Almaniya ilə müqayisədə Qazaxıstan millisini udmaq şanslarımız çox yüksəkdir. Bir neçə il əvvəlki qazaxlarla indiki arasında elə ciddi fərq yoxdur. Yeganə fərq odur ki, bu kollektiv əvvəl oyunlarını Alma-atıda keçirirdisə, indi Astanada keçirir. Mən Qazaxıstan səfərindən ən pis halda heç-heçə ilə qayıdacağımıza inanıram. Almaniya yığması haqda isə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Bu komandanın gücü ortadadır. Sadəcə almanlar qarşısında sakit tempdə oynamalıyıq. Mənə elə gəlir ki, öz oyunumuz göstərsək, rəqibə sürpriz edə bilərik
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı