UEFA Superkubokunun qalibi müəyyənləşir

UEFA Superkubokunun qalibi müəyyənləşir
DÜNYA FUTBOLU 13 Avqust 2025 / 10:36 1238
-  A +

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.

QOL.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının son qalibi PSJ (Fransa) ilə Avropa Liqasını qazanan "Tottenhem" (İngiltərə) üz-üzə gələcək.

İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu oyunda Azərbaycanın FİFA referisi Elçin Məsiyev də iş başında olacaq.  O, Juan Pineyrunun (Portuqaliya) idarə edəcəyi matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

13 avqust

UEFA Superkuboku

23:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə)
Hakimlər:
Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya)
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)
Udine, "Friuli" stadionu


Son xəbərlər