"Mançester Yunayted" yay transfer pəncərəsinin sonuna qədər daha iki futbolçu transfer etməyi nəzərdən keçirir.
QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
İngiltərə klubunun baş məşqçisi Ruben Amorim yeni qapıçı və dayaq yarımmüdafiəçisi almaq istəyir. Klub artıq “Brayton”un yarımmüdafiəçisi Karlos Balebenin transfer qiymətini öyrənib.
Daha əvvəl “Mançester Yunayted” PSJ-nin qapıçısı Canluici Donnarumma və “Aston Villa”nın oyunçusu Emiliano Martineslə maraqlanıb.
Bildirilir ki, klubun növbəti transferləri əsasən mövcud oyunçuların satışından asılı olacaq.
Qeyd edək ki, bu yay Mançester təmsilçisi hücumçular Mateus Kunha, Brayen Mbemo və Binyamin Şeşkonu heyətinə qatıb.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi