Çempionlar Liqasında 3-cü mərhələ başlayır

Çempionlar Liqasında 3-cü mərhələ başlayır
ÇEMPİONLAR LİQASI 5 Avqust 2025 / 09:56 932
-  A +

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

Azərbaycan təmsilçisi “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nın qonağı olacaq. “Malmö” Isveçdə Danimarka “Kopenhagen”i ilə üz-üzə gələcək. Kiyev "Dinamo"su "Pafos"u (Kipr), "Reyncers" (Şotlandiya) isə "Viktoriya"nı (Çexiya) qəbul edəcək.

Turun daha 6 oyunu isə sabah keçiriləcək.

5 avqust

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar

21:00 "Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka)

22:00 "Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr)

22:00 "Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan)

22:45 "Reyncers" (Şotlandiya) – "Viktoriya" (Plzen, Çexiya)

6 avqust

19:00. "Kayrat" (Qazaxıstan) - "Slovan" (Slovakiya)

21:00."Zalsburq" (Avstriya) - "Brügge" (Belçika)

21:30. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

22:30."Lex" (Polşa) - "Zrvena Zvezda" (Serbiya)

23:00. "Feyenoord" (Niderland) - "Fənərbaxça" (Türkiyə)

23:00."Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)

Daha çox


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır