2-ci Liqada 2025-2026-cı illər futbol mövsümündə iştirak edəcək klubların sayı müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Turnir 12 komandanın iştirakı ilə keçiriləcək. “Qusar” komandası rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/26-cı il futbol mövsümündə iştirakını təsdiqləmədiyinə görə, eyni zamanda, 2-ci Liqanın 2024-2025-ci illər mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbər tutularaq bu komandanı 2-ci Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.
Peşəkar Futbol Liqası AFFA ilə məsləhətləşmələrdən sonra Region Liqasının potensialını, eləcə də komandaların 2-ci Liqaya marağını nəzərə alaraq, turnirin formatında dəyişiklik edib. Belə ki, 2025/26 mövsümündə 2-ci Liqada yarışın qalibi birbaşa 1-ci Liqaya yüksələcək, 2-ci yerin sahibi isə I Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off oyununda üz-üzə gələcək. Region Liqasından isə 2-ci Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa 2-ci Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, 2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər.
2025-2026-cı illər mövsümü 2-ci Liqada turnir 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.
Məlumat üçün bildirək ki, 2-ci Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər bölünəcək.
Qeyd edək ki, 2-ci Liqada 2025-2026-cı illər mövsümü 6 sentyabr tarixində başlayacaq.
Nəriman ehtiyatda qaldı
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu
“Qarabağ” Avroliqaya vəsiqəni təmin edib
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
"Hakim qərarlarından qaynaqlanırdı" - Kurban Berdiyev
"Şamaxı"ya uğurlar arzulayıram" - Ayxan Abbasov
99 mükafat: 34 mövsüm, 21 komanda
"Şamaxı" "Turan Tovuz"a, "Qarabağ" "İmişli"yə qalib gəldi
Derbi matçına itki ilə çıxacaqlar
Dünya çempionatına gedəcəyi üçün ağladı - Video
"Arsenal" onu hədəfə aldı
"Barselona"nın futbolçusu çempionat matçını buraxacaq
1-ci liqada 5 oyunun saatı məlum oldu
Şamaxıda heyətlər açıqlandı
"Qarabağ" - "İmişli": Heyətlər
Levandovski "Barselona"dan gedəcəyini açıqladı
DÇ-2026-ya bu heyətlə gedəcəklər
“Araz-Naxçıvan”la hələ bir illik müaviləm var” - Video
Florentino Peresə qarşı intizam tədbiri tələb etdilər
Danimarka kubokunu qazandılar
10 ildən sonra "Roma"dan ayrılır
Malinovski Türkiyə klubuna keçir
Piolinin müqaviləsinə istefasından 7 ay sonra xitam verildi
Mahir Emreli ilə yollar ayrılır - Məşqçi qərarını verib
"Liverpul" tarixinin antirekordu
“Söz veriblər ki, gələn il stadion tam hazır olacaq” - Video
DÇ-2026-da favoritlər kimdir? - Deşamın rəyi
“Əl-Nəsr”dən ayrılır
“Liverpul” “Aston Villa”ya uduzdu