"Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov geridə qalan mövsüm barədə fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, latviyalı mütəxəssis mövsümün "Bakı"nın iddiaları və planlarına uyğun gəlməyəcək bir şəkildə uğursuz alındığını bildirib.
O, azarkeşlər qarşısında borclu qaldıqlarını söyləyib: "Ümid edirəm ki, əgər belə demək mümkündürsə, borcluluq hissləri bizə növbəti mövsümdə daha yaxşı işləmək və daha yüksək nəticələr əldə etməkdə köməkçimiz olacaq. Mövsüm ümumilikdə uğursuz alındı. Biz qarşıda duran vəzifələrin həllinə nail ola bilmədik, avrokuboklardan kənarda qaldıq. Bu, komandada yaşanan problemlərin təzahürüdür. İnanıram ki, mövsümlərarası fasilə zamanı qarşıda duran təşkilat məsələlərini həll edib, avqusta startı veriləcək yeni çempionata daha güclü və mütəşəkkil komanda şəklində başlayacağıq. Futbolçularımızın bir çoxu ürəkdən çalışırdılar, məncə, kimisə xüsusi qeyd etmək düzgün olmazdı".
Starkov heyətdə dəyişikliklərin olacağını, cavanlaşdırma istiqamətində işlərin aparılacağını vurğulayıb. Onun fikrincə, "Bakı"ya qələbə həsrəti ilə yaşayan, hər epizodda sona qədər mübarizə aparmaq hissi ilə alışıb-yanan oyunçular lazımdır: "Ümid edirəm ki, yeni futbolçuların seçimində yanılmayacağıq. Onu da əlavə edim ki, əvəzedici komandamızdan maraq dairəsinə düşən bir neçə futbolçumuz var. Bu il çempionluq qazanan gənc futbolçularımız bizim hazırlıq planına uyğun çalışmaqda davam edirlər".
"Bakı" yeni mövsümün hazırlıqlarına iyunun sonlarından başlamaq niyyətindədir. Komanda çempionatın startınadək 2 təlim-məşq toplantısı keçirəcək. Onlardan biri Sloveniyada olacaq, digərinin yeri isə hələ məlum deyil: "İnanıram ki, planlı məşqlər və güclü rəqiblərlə yoldaşlıq ouyunları keçirərək mövsümə yaxşı hazırlaşa biləcəyik. Əsas odur ki, klubumuzu layiq olduğu mövqelərə qaytaraq. Yaxşı və pis günlərimizdə bizimlə bərabər olan, komandamızı sonadək dəstəkləyən azarkeşlərimizi ən sadiq və ən güclü tərəfdarlar hesab edirəm. Növbəti mövsümdə onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Futbola gəlin və komandamıza arxa durun. İnanırıq ki, hər şey urəyinizcə olacaq".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı