“Roma”nın əfsanəvi kapitanı və 2006-cı il dünya çempionu Françesko Tottinin oğlu Kristian Totti 19 yaşında peşəkar futbolçu karyerasını başa vurmaq qərarına gəlib.
QOL.az xəbər verir ki, bu barədə “La Nuova Sardegna” məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçunun bu qərarının səbəbi güclü psixoloji təzyiqlər və daim məşhur atası ilə müqayisə edilməsi olub.
“Bəli, karyeramı bitirirəm, artıq qərarımı vermişəm” – deyə Kristian Totti bildirib.
Kristian karyerasını başa vursa da, futboldan uzaqlaşmayacaq. O, Françesko Totti tərəfindən yaradılmış futbol məktəbində skaut (istedad axtaran) kimi fəaliyyətə başlayacaq və gənc istedadların axtarışı ilə məşğul olacaq.
Kristian mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edib, əvvəlcə “Roma” akademiyasında oynayıb, daha sonra “Frozinone” və “Rayo Valyekano”nun gənclər komandalarında, həmçinin İtaliyanın D Seriyasına daxil olan “Avezzano” və “Olbia” klublarında forma geyinib.
"İmişli"nin hazırlıq planında dəyişiklik
“Sumqayıt”dan ayrılan futbolçu ölkəsinə qayıtdı
"Bavariya"nın futbolçusu La Liqa klubuna keçdi
Caka yenidən İngiltərədə oynayacaq
Rüstəm Əhmədzadənin yeni klubu açıqlandı
"Araz-Naxçıvan"dan ayrılan futbolçu "Səbail"də
"Karvan" "İmişli" ilə qarşılaşacaq
"Sumqayıt" legioneri ilə yolları ayırdı
"Hücumçu almaq istəyirik" - "Qarabağ"ın prezidenti
"Beşiktaş"ın futbolçusu "Dinamo"ya keçdi - Rəsmi
“Zirə” Sumanı “Malmö”yə neçəyə satıb? - Təfərrüat, açıqlama
Messi, Anri, İbrahimoviç...
"Hər yerim ağrıyır, 75 yaşım var" - Qvardiola
“Sabah” - “Petrokub” oyununa nə qədər bilet satılıb?
Elmar Baxşıyevin köməkçiləri ilə bağlı yeni qərar
"Anderlext"dən "Araz-Naxçıvan"a