“Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovun Qol.Az saytına müsahibəsi
-İlk öncə Premyer Liqanın son turunda “Xəzər Lənkəran”la keçirdiyiniz oyun haqda fikirlərini öyrənək. Sona 3 tur qalmış çempion olsanızda, bu mövsüm əzəli rəqibiniz “Xəzər Lənkəran”a qalib gələ bilmədiniz?
-Doğrudur, qalib gələ bilmədik, ancaq bir çox oyunlarda biz onlardan daha yaxşı oyun sərgilədik. Elə sonda da çempion olaraq ən güclü klubun “Neftçi” olduğunu sübut etdik. Təkcə “Xəzər Lənkəran”la deyil, ümumilikdə çempionat ərzində keçirdiyimiz oyunlara nəzər saldıqda görmək olar ki, üstün tərəf bizik.
Çempionat oyunlarında bütün görüşlərə qələbə əzmi ilə çıxmışdıq. Ancaq “Xəzər Lənkəran”la görüşlərdə qalib gəlsəydik əla olardı. Çünki prinspial rəqiblərlə görüşdə qələbənin xüsusi yeri olur.
-Mövsüm başa çatdıqdan sonra hansısa yerli klubdan təklif almısan?
-Xeyr. Hələ heç bir təklif almamışam. Bununla belə, mən “Neftçi”nin futbolçusuyam və bütün diqqətimi də bu komandaya yönəltmişəm.
-Aldığımız məlumata görə, Almaniyanın “Köln” klubundan sənə təklif gəlib. Bu nə dərəcədə düzgündür?
-Hələ konkret bir təklif yoxdur. Sadəcə olaraq gəlib oyunumu izləyiblər və bəyənib-bəyənmədikləri haqda heç bir şey deyə bilmərəm. Onu zaman göstərəcək. Açığı mən özüm də bu haqda məlumatsız idim. Bu haqda mətbuatdan öyrəndim. Hazırda isə əsas fikrimi milli komandanın oyunlarına yönəltmişəm. Avropada oynamaq məsələsinə gəlincə bu, gələcəyin işidir.
-“Neftçi”nin heyətində Çempionlar Liqasında çıxış edərək, özünü yaxşı tərəfdən göstərib daha iddialı kluba keçmək məqsədə uyğun olardı, yoxsa təklif gələrsə məmnuniyyətlə qəbul edərdin?
-İnşallah Çempionlar Liqasındakı oyunlardan çox şey asılı olacaq. İnanıram ki, çox uğurlu çıxış edəcəyik. Bu haqda çox danışmaq istəmirəm. Mən də “Neftçi”nin Avropada öz sözünü deməsi üçün əlimdən gələni edəcəyəm. Bu həm “Neftçi”, həm də mənim gələcəyim üçün yaxşı olacaq.
İnşallah, hər şey biz istədiyimiz kimi olacaq. Baxmayaraq ki, qarşıda bizi “Visla”, “Partizan”, ”Rusenborq” və ya başqa güclü komandalarla mübarizə gözləyir. Bu “Neftçi”ni qətiyyən qorxutmur. Çünki onlara futbol oynamağı bacardığımızı sübut etməliyik. İnanıram ki, “Neftçi” Çempionlar Liqasında tarix yazacaq.
-Səfərdə sizi Qazaxıstan yığması ilə vacib bir oyun gözləyir. Belçikadan fərqli olaraq, Qazaxıstan millisi o qədər də güclü deyil. Bu oyunda hansı nəticəyə ümid etmək olar?
-Qarşımıza yalnız qalib gələrək 3 xal qazanmaq məqsədi qoyulub. Belə götürəndə qazaxlar da zəif rəqib deyil. Demək olar ki, bizimlə eyni səviyyədədirlər. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, səfərdə qələbə qazanaq.
Bu qələbə eyni zamanda Almaniya millisi ilə oyunöncəsi futbolçuların motivasiyasına da müsbət təsir edəcək. İnşallah, Qazaxıstan üzərində qələbə qazanaraq Azərbaycan futbolunun 100-illiyinə gözəl bir hədiyə edərik.
-Qazaxıstanla oyundan sonra doğma meydanda 2-ci oyununa çıxacaqsınız. Bakıdakı ilk görüşdə Türkiyə yığmasına yüksək əzimkarlıq və sona qədər mübarizə aparmaq sayəsində qalib gəldiniz. Bu əzimkarlığı Almaniya ilə oyunda da görə biləcəyik?
-Əlbəttə inşallah azarkeşlərimizin dəstəyi sayəsində mənə elə gəlir ki, yaxşı oyun göstərə biləcəyik. Hər kəs bilir ki, Almaniya millisi dünyanın ən güclü komandalarından biridir. Almanlarla oyun bizim üçün heç də asan olmayacaq.
Ancaq bu futboldur, burada hər şey ola bilər.Yenə də deyirəm azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində əlimizdən gələni edəcəyik ki, onları sevindirək. Bu oyunda ən azından heç-heçə də etmək olar. Rəqibdəın çəkinmək lazım deyil.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi