Azərbaycanın UEFA reytinqində xal ehtiyatı daha da artıb.
QOL.az-ın xəbərinə görə, bu “Qarabağ” (Çempionlar Liqası), “Zirə”, “Sabah” və “Araz Naxçıvan”ın (Konfrans Liqası) ikinci təsnifat mərhələsindəki uğurlu oyunları sayəsində mümkün olub.
İlk matçlarında “Qarabağ” “Şelburn”a (İrlandiya) səfərdə 3:0, “”Sabah” “Peteokub”a (Moldova) rəqib meydanında 2:0, “Araz Naxçıvan” evdə “Aris”ə (Yunanıstan) 2:1 hesabı ilə qalib gəlib, “Zirə” isə Bakıda “Hayduk”la (Xorvatiya) heç-heçə (1:1) edib.
Buna görə də Azərbaycanın UEFA-da reytinqinə ümumən daha 0,875 xal əlavə olunub. Təsnifat mərhələsində hər qələbəyə 1, heç-heçəyə 0,5 xal verilir. Bu isə iştirakçı ölkələrin komandaları arasında bölünür. Beləliklə, Azərbaycan bu həftə 3,5 xal qazanıb ki, bu da 4 yerə bölünüb.
haqqin.az yazır ki, tarixdə ilk dəfədir bir avrokubok həftəsində Azərbaycanın 4 təmsilçisindən 3-ü qələbə qazanıb, 1-i isə heç-heçə edib. Bunadək ən yaxşı göstərici 2022/23 mövsümündə olmuşdu.
Həmin vaxt 2-ci təsnifat mərhələsinin cavab oyunlarında dörd Azərbaycan klubu (“Qarabağ”, “Zirə”, “Qəbələ” və “Neftçi”) iki qələbə qazanıb, iki heç-heçə etməklə 3 xal toplamışdı.
Qeyd edək ki, hazırda ölkəmiz əvvəlkitək UEFA reytinqində 29-cu olsa da (18,125 xal) artıq gələn həftə Rusiyanı (18,299 xal) ötərək bir pillə irəliləyə bilər.
Xatırladaq ki, 28-ci pillədəki Ukraynanın isə 18,475 xalı var. Azərbaycandan 1 pillə geridə - 30-cu yerdə olan Bolqarıstan 16,875 xala malikdir.
"Sabah"ın 4 qollu qələbəsi - Video
"Bilirdik ki, rəqibdən güclüyük" - Valdas Dambrauskas
"Bu cür uduzmaq xoş olmur" - "Petrokub"un baş məşqçisi
"Hayduk" - "Zirə": Heyətlər
“Sabah” Konfrans Liqasında 3-cü mərhələyə adladı
"Aris" - "Araz-Naxçıvan": Heyətlər
"Sumqayıt" "Kəpəz"ə qalib gəldi
13 ildən sonra "Mançester Siti"dən ayrıldı
“Qarabağ” UEFA reytinqində irəlilədi
"Çelsi"dən "Sanderlend"ə
"Barselona"nın oyununda 10 qol - Video
"Sabah" - "Petrokub" matçı üçün - Heyətlər
"Sumqayıt"dan yeni transfer - Rəsmi
"İmişli" serbiyalı futbolçu transfer etdi
"Neftçi"nin sonuncu oyununun vaxtı məlum oldu
Laporta Messi və Yamaldan danışdı
1-ci liqa klubunda daha 2 ayrılıq
Klublarımızın bugünkü oyunlarını yayımlayacaq kanallar
"Qarabağ"ın oyunu məşhur hakimə tapşırıldı
Azərbaycanda ilk
Arxı tullanmamış “hopp” deməyin axırı…
AFFA Premyer Liqanın 2 klubuna möhlət verdi
"Çelsi"də 7 illik müqavilə
İbrahima Vadji yenidən Azərbaycanda - Rəsmi
“Şkendiya”nın baş məşqçisindən “Qarabağ” açıqlaması
Azərbaycan klubları avrokuboklarda 150-yə çatdı
“Mən Konfrans Liqasında oynamaq istəmirəm” - Kadi
Həm “Qarabağ”ın futbolçusu olub, həm də “Şkendiya”nın baş məşqçisi - QOL.az-a nə danışdı?
Tahir Gözel: “Daha iki transferimiz olmalıdır”
Messidən 2 qol ötürməsi
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vuruldu
Azərbaycan güləşçisi dünya çempionu oldu
"Qarabağ" "Şelburn"u belə məğlub etdi - Video
"Qarabağ"ın "Şkendiya" ilə oyunlarının vaxtı bilindi
Azərbaycan UEFA reytinqində irəlilədi