“Hayduk”un baş məşqçisi Qonsalo Qarsiya “Zirə” ilə oyun öncəsi mətbuat konfransı keçiriblər. Hər iki komanda bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında (ilk oyun 1:1) Split şəhərində qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
QOL.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, mətbuat konfransında ilk sual baş məşqçi Qarsiyanın Bakıda keçirilən oyundan sonra verdiyi açıqlamaya aid idi. Mütəxəssis onda demişdi ki, “Zirə”yə uduzmaq faciə olmaz.
Qarsiya bununla əlaqədar deyib:
- Bu futboldur. Heç-heçə də ola bilər, qələbə də, məğlubiyyət də. Futbolda hər şey mümkündür. Mən sadəcə bunu demək istəmişdim.
- “Hayduk”un mərhələ adlayacağına nə dərəcədə əminsiniz?
- Bu oyunu qazanmaq üçün meydana 100 faiz gücümüzlə çıxacağıq. Əvvəlki mövsümlərlə müqayisədə irəliləyişə çalışırıq. Skoko və Çapan sizin düşündüyünüz kimi təcrübəsiz deyil. Hazırlıq oyunlarında intizamlı və keyfiyyətli performans göstərdilər. Pajaziti də yaxşıdır, sadəcə iki həftəlik məşqdən sonra tam hazır deyildi. Onlarla bağlı qərarıma görə peşman deyiləm. İlk matçda oyunun axarını əlimizdə saxlayırdıq, hər şeyi nəzarətdə tuturduq.
- İlk oyundan fərqli olaraq taktiki dəyişikliklər edəcəksinizmi?
- Bəzi oyunçular dəyişə bilər, amma əsas oyun fəlsəfəmiz eyni qalır: topa nəzarət, hücum və oyunumuzda davamlı inkişaf.
- Zədəli Skelinin əvəzinə kim oynayacaq?
- O, “Zirə”yə qarşı matçda iştirak etməyəcək. Hələlik nə zaman qayıdacağı bəlli deyil. Onun yerinə Mlaçiç meydana çıxacaq. Ola bilsin ki, bir az həyəcanlı olsun. Çenki bu, onun ilk rəsmi oyunudur, özü də 18 yaşındadır. Daha əvvəl LASK-a qarşı yoxlama matçında oynamışdı. Əgər futbolçu olmaq istəyirsənsə, məsuliyyət daşımağı bacarmalısan. Sonda isə meydana layiq olan çıxacaq.
- Sizi azarkeşlərlə dolu stadion (35 minə yaxın - red.) gözləyir, azarkeşlər erkən qol və qələbə istəyəcək. Bu, komandanı təzyiq altına sala bilərmi?
- Xeyr, biz nə edəcəyimizi bilirik. Öz yolumuzla gedirik və komanda olaraq harada olmaq istədiyimizi anlayırıq. Bəzən azarkeşlər nəticədən razı olmaya bilər, amma bu, oyun sisteminin qurulması prosesidir. Qarşı tərəf sürətlidir və yaxşı futbol oynayır. Biz diqqətli və səbirli olmalıyıq. Hədəfimizə çatmaq üçün yolumuz hələ uzundur. Amma nədən isə başlamaq lazımdır. Mən xoşbəxtəm. Bəli, bəzən risk edirik, amma bu da komanda quruculuğunun bir hissəsidir.
- Oyun planınız necədir? İlk dəqiqələrdən hücum edəcəksinizmi?
- Biz bütün oyun boyu hücum etmək istəyirik. Rəqibin orta sahəsində yüksək pressinq tətbiq etmək niyyətindəyik. Bu, bizim hər oyunda əsas planımızdır. Heç vaxt hesablamalara getmirəm. Hər oyuna qələbə üçün çıxıram.
“Əl-Nəsr”dən ayrılır
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
Kot-d'İvuar millisinin DÇ-2026 heyəti
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
"Araz-Naxçıvan" və "Qəbələ” qalib gəldi
Azərbaycan üçün 3 "qızıl", 2 "bürünc" şansı
"Qəbələ"nin geridönüşü - Video
"Daha çox qol vura bilərdik" - Kaxaber Sxadadze
Noyer daha 2 il "Bavariya"da
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər
Belçika millisinin DÇ-2026 üçün heyəti
“UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri
2029-cu ilin yayına kimi "Borussiya"da - Rəsmi
"Mançester Yunayted"də mövsümün ən yaxşısı açıqlandı
Yevlaxda heyətlər açıqlandı
"Zalsburq"dan İngiltərə klubuna
Qarabağdan Belçikaya gedən futbol yolu - "Suqovuşan" turniri
"Everton"un əfsanəsi komandadan ayrılır
Aspas 70 ildən çoxdur davam edən rekordu qırdı
Avropa çempionu: “Qələbəni atama həsr edirəm”
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Rodri ilə müqavilə uzadılacaq
"Mançester Yunayted" Onananı satacaq
Fransa millisinə düşə bilmədi, Əlcəzairi seçdi
"Bavariya" Qordonun transferini bitirir
Onları niyə DÇ-2026-yə aparmamasından danışdı
Azərbaycan taekvondoçusu Avropa 3-cüsü oldu
Fransa millisinin DÇ-2026 üçün heyəti
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı