Terim "Bakı"nın sabiq baş məşqçisi ilə işləyə bilər

Terim "Bakı"nın sabiq baş məşqçisi ilə işləyə bilər
ÖLKƏ FUTBOLU 22 May 2011 / 23:18 2330
-  A +

"Qalatasaray"ın yeni baş məşqçisi Fatih Terim 2000-ci ildə UEFA Kubokunu qazanan heyətdəki futbolçularla bir araya gəlib. Qol.Az-ın məlumatına görə, görüş Terimin evində baş tutub. 

Toplantıya Hakan Şükür, Hasan Şaş, Suat Kaya, Hakan Ünsal və Tuqay Kərimoğlu ilə yanaşı, "Bakı"nın sabiq baş məşqçisi Bülənt Korkmaz da qatılıb. "Sarı-qırmızı" klubun tarixində üçüncü dəfə birgə çalışacağı məşqçilər heyətini formalaşdırmağa hazırlaşan Terim keçmiş yetirmələri ilə fikir mübadiləsi aparıb. O, köməkçilərinin adlarını yaxın günlərdə rəsmən açıqlayacaq. 

Qeyd edək ki, toplantıya Arif Ərdəm və Okan Buruk başqa komandada çalışmaları, Ərgün Pənbə və Vedat İncəefe şəhərdən kənarda olmaları, Ümit Davala isə əlaqə yaratmağın mümkün olmaması səbəbindən qatılmayıb.  

Daha çox


Son xəbərlər