Georgi Adamiya: "Bu, mənim üçün xoş bir sürpriz oldu"

Georgi Adamiya: "Bu, mənim üçün xoş bir sürpriz oldu"
ÖLKƏ FUTBOLU 22 May 2011 / 00:01 2570
-  A +

Cari mövsüm vurduğu 18 qolla Azərbaycan çempionatının bombardiri olan "Qarabağ"ın forvardı Georgi Adamiya Gürcüstan millisinə dəvət alıb. Qol.Az-ın məlumatına görə, 30 yaşlı hücumçu klubunun rəsmi saytına verdiyi açıqlamada baş vermiş hadisəylə bağlı danışıb. 

"Təbii ki, hər bir futbolçu milliyə dəvət almaqdan qürur duyar. Mən də eyni duyğuları yaşayıram. Mənim üçün xoş bir sürpriz oldu" deyə Adamiya bildirib. Təcrübəli futbolçu milliyə dəvət almasına baxmayaraq, hələ heç nəyin bəlli olmadığını söyləyib: "30 futbolçu bir gün sonra başlayan təlim-məşq toplanışına dəvət alıb. Məlum olduğu kimi, Xorvatiyaya qarşı oynayacağıq. Hər şey  toplanışda bəlli olacaq. İstənilən halda milliyə dəvət almaq mənim üçün xoşdur. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Əlbəttə, "Qarabağ"da bombardir olmağım dəvətdə az rol oynamadığını düşünürəm. Son illərdə Avropada uğurlu çıxışımız da yaddan çıxmamalıdır. İnşallah, "Qarabağ"ı ən yaxşı səviyyədə təmsil etməyə çalışacağam". 

Daha çox


Son xəbərlər