Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mayın 18-də, Laçının işğalı günü «Neftçi» və «Xəzər Lənkəran» arasında keçirilmiş görüşdən sonra paytaxt klubunun ölkə çempionluğunu atəşfəşanlıqla qeyd etməsinə və bundan sonra ona yönələn ittihamlara cavab verib.
Qol.Az-ın müxbiri ilə söhbətində R.Musayev əvvəlcə bildirib ki, əslində dünən və bu gün keçirilmiş 32-ci turun oyunları mayın 18-19-da deyil, mayın 21-22-də baş tutmalıydı: «Ölkə kubokunun final oyunu isə öncə mayın 28-nə təyin edilmişdi. Lakin sonradan final oyunu mayın 24-nə salındı. Ona görə də biz arada çox yüklənmə olmasın deyə, 32-ci turun oyunlarını 3-4 gün əvvələ çəkdik. Həm də mayın 28-də AFFA rəhbərliyi Çempionlar Liqasının final oyununda iştirak edəcək. Ölkə kubokunun final oyununun mayın 24-nə salınması həm də bununla bağlıdır. Bütün bunlardan sonra biz qərarlaşdırdıq ki, çempionatın son turunun oyunları mayın 18-19-da keçirilsin. Bu qərarın verilməsində əsas səbəblərdən biri də milli komandanın mayın 20-də başlanan təlim-məşq toplanışı ilə bağlı idi».
Ramin Musayev ona yönələn ittihamlarla bağlı isə bunları deyib: «Biz vətənimizi, millətimizi, qaçqın və məcburi köçkünlərimizi bu gün bizə qarşı gülünc və axmaq ittihamlar səsləndirənlərdən daha çox fikirləşirik. Konkret Laçın əhalisinə gəlincə, onların 60-70 faizi məni yaxşı tanıyır. Mən laçınlıların dərdinə şərikəm. Ancaq bu, idmandı. Biz PFL rəhbərliyi olaraq, ölkə çempionuna kubokun təqdim olunması mərasimində heç bir musiqi səsləndirməmişik. Biz şəhidlərimizin ruhuna heç bir hörmətsizlik etməmişik. Bu gün bu məsələni qabardan jurnalistlər və onlara qoşulanlar süni yolla reklam olunmaq istəyirlər. Biz həmin millətin övladlarıyıq ki, bir neçə gün əvvəl «Evrovision» mahnı müsabiqəsində çox uğurlu bir şəkildə çıxış edərək dünyaya səs saldıq. Sübut etdik ki, bizdə musiqi yüksək səviyyədədir. İdmanda da öz gücümüzü bu şəkildə göstərməliyik və göstərmişik də. Bu gün ittiham olunan «Nefçti» komandasının 5-6 il əvvəl Moskvada Azərbaycan futboluna verdiyi töhfə nə tez unuduldu? Əgər biz oyunları bir gün qabağa, bir gün dala salmaqla Laçını geri qaytara bilərdiksə, nəinki belə qərar verməzdik, hətta çempionatın bütün oyunlarını dayandırardıq da».
Ramin Musayev «Neftçi» komandasına yönələn ittihamlara da cavab verib: «Dünən stadionda atəşfəşanlıq edən o komanda idi ki, beş il dığaların komandasını Moskvada «Birlik kuboku» turnirində iştiraka həsrət qoydu. Bu komanda 20 yanvar şəhidlərinə görə mənəvi borclarını dalbadal iki il Moskvada ödəyib. Bu gün bunu dərk eləməyən jurnalistlər, milləti bəlli olmayan bəzi adamlar «Neftçi»nin ən yaxın tarixdə erməniləri necə diz çökdürdüyünü yadlarına salsınlar» - deyə R.Musayev bildirib.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi