AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov onun barəsində «Xəzər Lənkəran»ın qapıçısı Kamran Ağayevin səsləndirdiyi son ittihamlara münasibət bildirib.
Qeyd edək ki, K.Ağayev dünən verdiyi müsahibədə Xaqani Məmmədovun «Neftçi»nin çempionluğuna sevindiyini iddia edib.
Qol.Az-ın müxbiri ilə söhbətində X.Məmmədov deyib ki, artıq neçənci dəfədir K.Ağayev mətbuatda onun ünvanı qeyri-ciddi ittihamlar səsləndirir: «Mən fikirləşirdim ki, Kamran cavan uşaqdı, perspektivli qapıçıdı, danışığını bilmir, ona görə də bu adama cavab verməyi özümə sığışdırmırdım. Dünənki açıqlamasından sonra onun haqqında bir neçə kəlmə deyim ki, ünvanı səhv salmasın. O iddia edir ki, guya dünən mən «Neftçi»nin çempionluq şadyanalığına qoşulmuşam.
Sadəcə olaraq, oyun başa çatandan sonra matçın hakim-inspektoru Asim Xudiyevlə birgə vip-lojadan düşüb meydançanı içindən hakimlər otağına getmişəm. Oradakı şadyanalıqda iştirak etməmişəm. Yəqin, Kamran məni kiminləsə səhv salıb. Yox, əgər Kamranın şübhəsi varsa, o zaman atasından soruşsun ki, mən orda nə etmişəm. Çünki mənim vip-lojadan düşüb hakimlər otağına getdiyim ana qədər nə etdiyim onu atasının gözü qarşısında baş verib. Kamran bilsin ki, mən bütövlükdə Azərbaycan futbolunun və bizim klublarımızın uğurlarına sevinən adamam. Fərq etməz, «Neftçi» və ya «Xəzər Lənkəran»…»
Xaqani Məmmədov Kamran Ağayevə görə hakimlərdən xahiş də etdiyini bildirib: «Onun gənc, perspektivli və millinin futbolçusu olduğunu nəzərə alıb hətta hakimlərdən xahiş etmişəm ki, Kamranın çılğınlıqlarına güzəşt eləsinlər. İstəməmişəm ki, belə gənc yaşında ruhdan düşsün. Bəzən olub ki, ona qırmızı vərəqə də göstərmək olardı, amma hakimlər bunu etməyiblər. Amma təəssüf ki, Kamran bunları başa düşmür və bütün bunlardan sui-istifadə edir. Elə bilir ki, hamı ondan qorxur və ya hamı ona borcludu.
Kamran futbolu meyxana ilə səhv salmasın. Yaxşısı budu, elə ən son dünən qapısına qolun vurulması ilə yekunlaşan biabırçı səhvdən nəticə çıxarsın. Kamran son vaxtlar medianın ulduzuna çevrilib və futbolu yaddan çıxarıb. Dünən oyundan sonra onun hakimlərin və oyundakı rəsmi şəxslərin ünvanına yağdırdığı təhqirlər PFL-in kameralarına düşüb. Lazım olsa, bunları nümayiş etdirib Kamranın kim olduğunu camaata göstərərik» - deyə X.Məmmədov bildirib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı