“Şamaxı”da növbəti ayrılıq

“Şamaxı”da növbəti ayrılıq
XƏBƏR 1 İyul 2025 / 18:10 873
-  A +

“Şamaxı” futbolçusu Vüsal Məsimovla yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bölgə təmsilçisi Məsimova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Şamaxı" bunadək Kamal Bayramov (karyerasını başa vurub), Fəxri Məmmədli, Maykl Tuik, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Leroy Mikels, Brahim Konate, Murad Vəliyev, Rauf Rüstəmli və Cəlal Hüseynovla yollarını ayırıb.


Son xəbərlər